"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kimdir günahkar – Korona, yoxsa himayə olunan qeyri-peşəkar şirkətlər?

29 Sentyabr 2021 - 11:49
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Xeyli tərəddüd etdik, yazaqmı, yazmayaqmı. Əslində tibb sahəsində çalışan böyük əksəriyyətin bildiyi və tibbi etikaya uyğun olaraq açıb-ağartmadığı “koronayla” bağlı bəzi həqiqətləri hələ ötən ildən bilsək də açıq ictimaiyyətə təqdim etməyə tərəddüd edirdik. Nə qədər olmasa da ictimaiyyət arasında çaşqınlaq yarana bilərdi. Amma baş verənlər arasında ciddi korrupsiya hallarına əsaslı şübhələr olduğundan jurnalist maraqlarımızı da boğa bilmədik…

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Əvvəlcə “Korona”nın ölkəmizə təşrifindən başlayaq. Cumhuriyyet.az xəbər verir ki, həmişəki kimi bəlalarımızın ilk ciddi zəngi bu dəfə də İranla sərhəddimizdə çalındı. 2020-ci ilin fevral – mart aylarına təsadüf edən panik durum İrandan gələn vətəndaşlarımızla bağlı oldu. Sosial şəbəkələrdə bölgədə kütləvi yoluxma hallarının baş verdiyi tirajlansa da, rəsmi qurumlar təkzib verməklə yaranmış panikanın qarşısını almağa çalışdılar. Bu o zamanacan davam etdi ki, ölkə Prezidenti Cənab İlham Əliyev pandemiyayla bağlı ciddi fərmanlar imzaladı, Operativ Qərargah yaradıldı və çeşidli karantin rejimləri tətbiq olundu.

Eyni zamanda ölkə ərazisində ondan artıq Modul tipli korona xəstəxanalarının tikintisi ilə bağlı pul ayrıldı. Əsl həngamə də elə bundan sonra başlandı… Öncə nəzərinizə çatdıraq ki, bir korona xəstəsinin müalicəsi üçün tibb müəssisəsinə nələr lazımdır: Çarpayı, süni tənəffüs aparatı, dərman preparatları və ən əsası balon-balon axtardığımız oksigen təchizatı üçün xəstə çarpayısına çəkilən oksigen xətləri və mənbəyə quraşdırılan oksigen kompressorları. Ədalət naminə qeyd edək ki, qarşıya qoyulan məqsəd dövlətin böyük vəsaiti hesabına ən qısa müddətdə yerinə yetirildi. Həkim personalının yığılmasından tutmuş, xəstəxanaların işə salınmasınacan hər şey vaxtlı vaxtında yüksək fədakarlıqla həyata keçirilidi. Bəs sonra nələr baş verdi. Elə ilk günlərdən xəstələr müalicə üçün nədən modul xəstəxanalara getməkdən imtina etdi? Nədən xəstənin müalicəsində əvəzolunmaz üstünlüyə malik olan oksigen maskaları və avadanlıqları xəstə qatillərinə çevrildi? Nə baş verdi axı? Axı məntiqlə hər şey qaydasında olmalı idi. Gələk baş verənlərə… Bütün tibb personalına və bu sahəyə azdan-çoxdan bağlılığı olan bütün insanlara məlumdur ki, ölkə səhiyyəsini tibbi avadanlıqla təmin edən iki nəhəng şirkət var – “Araş”və “Azərimed” .

Bəllidir ki, yeni qurulan xəstəxanaların tibbi texniki təchizatı da kifayət qədər tibbi sahədə təcrübəsi olan bu şirkətlərə həvalə olunmalı idi. Və o da bəlli idi ki, qısa müddətdə avadanlıq təchizatı üçün tender keçirmək mümkünsüz idi və o üzdən “əl altında “ olan şirkətlərlə müqavilə bağlanmalı idi. Amma nə baş verdi? Sanki tibb sahəsinə yüksək vəzifəyə gətirilənlərin birinci vəzifəsi akademik Cəmil Əliyevə “kəllə” atmaq olur. Elə burda da bu baş verir. 20 ildən artıq ölkə səhiyyəsini tibbi avadanlıqlarla təmin edən adıçəkilən şirkətlər dışarılanır, bir günün içərisində “diz üstündə” şirkət yaradılır və bütün avadanlıqların ölkəyə gətirilməsi həvalə edilir həmin şirkətə. Modul tipli xəstəxanada oksigen xəttindən tutmuş qurulan cihazlara qədər hamısı İMAGO (VÖEN 2006195431, quruluş tarixi: 20.05.2020) adlı şirkət tərəfindən görülüb. Kimlərin himayəsində olduğunu hələ tam bilməsək də şirkətin adını kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi portalında axtartdığımızda şirkətə Cesur Akyol adında bir Türkiyə vətəndaşının rəhbərlik etdiyini gördük. Bu şəxs xəstəxanalarda özünü xüsusi tapşırılmış biri olaraq təqdim edir. Çin Xalq Respublikasından dəyərindən qat-qat baha qiymətə “10 milyon dollar”lıq avadanlıq tədarük “olunur”. Əvvəlki cümlədə “olunur”u niyə dırnaq içərisində yazdığımızı soruşa bilərsiz? Əlbəttə haqlısız. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, ölkə Prezidenti tibbi avadanlıqlarla bağlı yaranmış ajiotajlar barədə danışarkən əhaliyə artıq 200 ədəd Süni Tənəffüs Aparatının (İVL) ölkəyə gətirildiyi müjdəsini vermişdi. Sonradan məlum olmuşdur ki, Prezidentə yalan məlumat verilib və cəmi 50 aparat çatdırılıb. Bundan sonra Cənab Prezident məsələyə özü qarışır və nüfuzundan istifadə edərək əlaqələrini işə salır və Almaniyanın “Heinen Löwenstein Medikal” şirkətinin istehsalı olan 200 ədəd STA-nı gətizdirməyi təmin edir. Əsl həngamə də bundan sonra başlayır. Xəstə qatili tapılır. O zamanacan həkimlərin bütün fədakarlıqlarına baxmayaraq günbəgün artan ölüm hallarının əsl səbəbi məlum olur. Belə ki, alman avadanlıqlarını quraşdirmaq üçün tapılan şirkətin Bakıdakı nümayəndəsi aparatları quraşdırarkən məlum olur ki, aparatlar işə düşmür. Səbəbsə quraşdırılan oksigen kompressorlarının verdiyi havanın tərkibində lazımi miqdarda oksigenin olmamasıdır. Sən demə aparata gələn havanın tərkibində oksigenin faizi 94-dən aşağı olduğu halda sensor avadanlığı işə düşməyə qoymur. Nə etmək olar?

Cumhuriyyet.az-ın məlumatına görə, artıq modul tipli (FHN-nin tikdirdiyi Zığ modul tipli xəstəxana xarıc. Bu xəstəxananın tikintisini də avadanlıqlarının alınıb quraşdırılmasını da başqa şirkət həyata keçirib.) bütün xəstəxanalara, bundan əlavə Neftçilər, Kliniki Tibbi mərkəz, Ağciyər Xəstəlikləri İnstitutu, Gəncə Abbas Səhhət xəstəxanası, Goranboy Mərkəzi xəstəxanası və s. Türkiyədən dəyərindən qat-qat baha qiymətə alınmış “İMAGO” (avadanlığa da şirkətinin adını veribmiş) oksigen kompressor avadanlıqları quraşdırılıb. Və heç biri də xəstə üçün lazım olan oksigeni çatdıra bilmir, və reanimasiyaya düşən azacıq ağır xəstələr üçün ciddi problemlər yaranır və ölüm hallarının 80%-nin məsüliyyətini öz üzərinə alır. Bir çox hallarda isə cihaz 21%-dən daha aşağı, yəni havadakı oksigendən daha az faizli oksigeni xəstəyə ötürür. Oksigen verməli olan cihazlar əksinə olaraq boğulan xəstənin daha çox boğulmasına xidmət edir. Haqlı olaraq insanlar xəstəxanalar əvəzinə bağ evlərinə bölgələrə gedərək təmiz oksigen qəbul edirlər. İMAGO şirkətinin Sərxan adlı nümayəndəsinə xəstəxanalar tərəfindən oksigenlə bağlı iradlar bildirildikdə isə cihazların iş qabiliyyətinin bu qədər olduğunu bildirərək məsuliyyətdən boyun qaçırdır. Bir sözlə xərclənən milyonlar sözün əsl mənasında havadan – oksigendən asılı qalır. Vəziyyətin bu halını görən xəstəxanaların bir çoxu, o cümlədən Kliniki Tibbi Mərkəz, Neftçilər Xəstəxanası və s. bu oksigen kompressorlarından imtina edərək, yenidən milyonlar xərcləyərək sıxılmış maye oksigen konteynerləri ilə təmin olundular. Cumhuriyyet.az-ın araşdırmaları zamanı o da məlum olub, Modul tipli xəstəxanalarla bağlı ən acınaçaqlı vəziyyət “Məhəmmədi” qəsəbəsində yerləşən Abşeron Modul xəstəxanasıdır. Dəfələrlə xəstəxana rəhbərlərinin “TƏBİB” qarşısında qaldırdığı problemlərin həlli üçün xəstəxanalara komissiyalar göndərilsə də hansısa əllər (himayədarlar) imkan vermir ki, problemlərin əsl səbəbi üzə çıxarılaraq köklü şəkildə həll edilsin. Hətta İcbari Tibbi Sığortanın belə məsələni tam dərindən bildiyinə əmin olanlar belə düşünürlər ki, vəziyyət bu şəkildə də davam edəcək.

Kimdir günahkar – Azərbaycan cəmiyyətimi, etibarımızdan kimlərinsə himayəsinə girərək süi-istifadə edən Türkiyəli İş adamı Cesur Akyolmu, yarandığı gündən onsuzda bərbad vəziyyətdə olan Səhiyyə sistemimizi daha da bərbad vəziyyətə gətirən “TƏBİB”mi?

Previous Post

Kimdir günahkar – Korona, yoxsa himayə olunan qeyri-peşəkar şirkətlər?

Next Post

Taliban “İŞİD”ə qarşı əməliyyata başlayıb

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Agentlikdən Elchi.az-a...

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01

Yeni Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi Vətən müharibəsində Qələbəmizdən sonra Konstitusiyanın ölkəmizin bütün coğrafiyasında həyata keçirilməsi, o cümlədən xalqımızın qarşısında dayanan...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43

“Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda...

Next Post

Taliban "İŞİD"ə qarşı əməliyyata başlayıb

Taliban "İŞİD"ə qarşı əməliyyata başlayıb

Son xəbərlər

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

Pentaqon əsas müttəfiqləri NATO iclasından kənarda saxladı

01 Oktyabr 2026 - 15:30
KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.