"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Kamaləddin Qafarov: Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb

10 Yanvar 2026 - 11:04
in SİYASƏT
FacebookVatsap

“Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.

Bunu da oxuyun

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq fəaliyyətə başlayan 240 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, ümumi sosial-iqtisadi inkişafa mühüm töhfə verəcəkdir.

“Qlobal miqyasda enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizənin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə əsaslanan layihələrə önəm verməsi dövlət siyasətinin uzaqgörənliyini və məsuliyyətini aydın şəkildə nümayiş etdirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə yeni generasiya gücü deyil, eyni zamanda ölkənin “yaşıl enerji” gündəliyinin real nəticəyə çevrilməsinin bariz nümunəsidir.”

Millət vəkilinin fikrincə, layihənin Səudiyyə Ərəbistanının “ACWA Power” kimi dünyada aparıcı enerji şirkətlərindən biri tərəfindən icra olunması Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın göstəricisidir: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı geniş planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyət daşıyan layihənin də məhz bu şirkət tərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləri əhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regionda innovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biri də son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə modernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidən qurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixi rekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış strateji planların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyini şərtləndirir. Bu isə Azərbaycana həm artan daxili tələbatı tam şəkildə ödəmək, həm də elektrik enerjisinin ixracını genişləndirməklə regional enerji mərkəzi statusunu daha da gücləndirmək imkanı yaradacaqdır”.

Previous Post

Azərbaycan nefti bahalaşıb

Next Post

Ağdaşda ağır qəza: ölən var

Bənzər yazılar

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25 Sentyabr 2026 - 10:51

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib. Elchi.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü....

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

25 Sentyabr 2026 - 10:29

2Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. Elchi.az xəbər verir ki, Azərbaycanla Tacikistanın...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

25 Sentyabr 2026 - 10:07

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətin mətnini Baş...

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06

Tbilisi Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli, barışıq və münaqişədən təsirlənən əhali ilə qarşılıqlı əlaqə siyasətinə sadiqdir. Elchi.az  xəbər verir...

Next Post
Ağdaşda ağır qəza: ölən var

Ağdaşda ağır qəza: ölən var

Suriya ordusu Şeyx Məqsudu SDQ qüvvələrindən təmizlədi

Suriya ordusu Şeyx Məqsudu SDQ qüvvələrindən təmizlədi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

25 Sentyabr 2026 - 11:40
Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

25 Sentyabr 2026 - 11:35
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəətini yenidən Azərbaycana yatırır

Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəətini yenidən Azərbaycana yatırır

25 Sentyabr 2026 - 11:20
Avropada Qərbi Nil virusu ilə bağlı xəbərdarlıq: Artan ölüm və yoluxma halları

Avropada Qərbi Nil virusu ilə bağlı xəbərdarlıq: Artan ölüm və yoluxma halları

25 Sentyabr 2026 - 11:14
Rusiyada neft emalı zavodlarına dron hücumu: İşlər dayandırılıb

Rusiyada neft emalı zavodlarına dron hücumu: İşlər dayandırılıb

25 Sentyabr 2026 - 11:03
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25 Sentyabr 2026 - 10:51
“Perseverance” Marsda qədim isti su izləri aşkar edib

“Perseverance” Marsda qədim isti su izləri aşkar edib

25 Sentyabr 2026 - 10:49
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir

25 Sentyabr 2026 - 10:42
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

25 Sentyabr 2026 - 10:40
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

25 Sentyabr 2026 - 10:29
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

25 Sentyabr 2026 - 10:25

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

25 Sentyabr 2026 - 10:07
DYP: Bakıda pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

25 Sentyabr 2026 - 09:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.