"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı yayıldi

03 Dekabr 2015 - 10:19
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap
Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı “Yeni Müsavat”da

Bir iribuynuzlu heyvan üçün 25 AZN, bir yumurta üçün 1 sent…; Yolçu Xanvəli: “Rüşvətdən söhbət gedə bilməz”

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

“Yeni Müsavat” qəzetinin redaksiyasına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin “mətbəx”inə aid ilginc sənəd daxil olub. Sənəddə sözügedən xidmətin daxilindəki rüşvət preyskurantları qeyd olunub. Bunu qəzetimizə ötürən şəxs bildirib ki, Dövlət Baytarlıq Xidməti ölkəyə idxal (ixrac) olunan yüklərə, məhsullara baytarlıq icazəsinin alınması üçün müraciət edən sahibkarlardan külli miqdarda rüşvət alır. 
Malların siyahısı zəngin olduğu üçün bunu sistemləşdirmək və idxal olunan malların siyahısı, onların çəkisinə müvafiq olaraq “taksa”sı barədə idarənin müvafiq şöbəsində qeydiyyat aparılıb. Necə deyərlər, xidmət bu siyahı əsasında çalışır. Heç nə unudulmasın, qarışıq salınmasın deyə.
 
“Yeni Müsavat”a eyni zamanda bu daxili sənədlərin surəti də daxil olub. Mənbə qeyd edir ki, bu siyahı xidmətin əksər əməkdaşlarına məlumdur və sirr kimi saxlanılmır. 
Siyahıdakı qiymətlərə diqqət edək. Ölkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, bir günlük cücənin birinə 1 sent, eləcə də xaricdən gətirilən bir baş iribuynuzlu heyvana 25 manat, qoyun-keçiyə 12 manat, 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının hər bir maşınına 100-150 manat qiymət müəyyənləşib.
Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdan başqa, Dövlət Baytarlıq Nəzarəti İdarəsindən icazəsi nəzərdə tutulmayan konservləşdirilmiş, yəni termiki işləmədən keçmiş heyvan mənşəli məhsullar – balıq konservi, mal əti konservi, quru süd, dondurma yoqurt, qatılaşdırılmış süd, mayonez, uşaq qidası, kərə və digər emal edilmiş yağlar, kolbasa məmulatları, kimyəvi yollarla işlənmiş dərinin hər maşınına 100-150 manat rüşvət tələb olunması da redaksiyamıza verilən məlumatlar sırasındadır. 
Amma siyahıda diqqət çəkən qiymətləndirmə aşağıdakı kimidir.
İribuynuzlu mal-qara məsələsində hansı ölkədən idxal/ixrac olunması və bunun siyahıda qiymətlərə necə təsir göstərməsi də maraqlıdır. Belə ki, redaksiyamıza çatan siyahıda MDB-dən gətirilən bir ədəd iribuynuzlu üçün alınan rüşvətin məbləği 25 AZN olaraq qiymətləndirilib. 09.10.2015 tarixinə aid olan siyahıda göstərilib ki, həmin tarixdə idxal olunan iri buynuzlu mal-qaranın sayı 101 ədəddir. Bu, hesablanıb və sonda ümumi 2525 AZN məbləği qeyd olunub. Avropadan idxal olunan 1 baş iribuynuzlu üçünsə 30 AZN-lik rüşvət müəyyən olunub. İt-pişik yeminin 1 tonu üçün 71 AZN rüşvət müəyyən olunub. Sözügedən tarixdə idxal olunan 5 tonluq it-pişik yemi üçün 400 AZN məbləğində rüşvət siyahıda qeyd olunub. Yarımfabrikatların 1 tonu üçün 8 AZN, jelenin eyni miqdarı üçün 8 AZN qiymət qeyd olunub. İxrac qiymətləri də aşağı sayılmaz. Xırda buynuzlu heyvan dərisinin 1 ədədi üçün qiymət 0.005 sent müəyyənləşib. Həmin gün onların sayı 73713 ədəd olub. Sonuc… 450 AZN.
Siyahı xeyli zəngin olduğu üçün “Yeni Müsavat” onu olduğu kimi təqdim edir. 
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ araşdırılıb: “Belə bir siyahının mövcud olması mümkün deyil. Şər-böhtan xarakteri daşıyır. Rüşvətdən söhbət gedə bilməz”.
Y.Xanvəli dedi ki, bu siyahı ilə tanışdılar və onun hardan, necə yaranması barədə anlayışları yoxdur:“Bildiyimiz bir şey var ki, bu, ağ yalandır”.
 

 

 
Sevinc TELMANQIZI
Previous Post

Kənd Təsərrüfatı Nazirliyinin ilginc rüşvət siyahısı yayıldi

Next Post

Bu gün Bakıya ilk qar yağacaq

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post

Bu gün Bakıya ilk qar yağacaq

Bakı-Sumqayıt qatarı adam vurdu

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.