"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Kərəm Həsənovun bazar əhvalatı

06 Fevral 2015 - 22:11
in CƏMİYYƏT
FacebookVatsap

kerem-HESENOVVV“8-ci kilometr” bazarının sirr kimi saxlanan yeni sahibi kimdi?; Bakının ən iri ticarət mərkəzlərindən olan bazarı alan naməlum milyonçunun adı açıqlanmır, Əmlak Məsələləri Dövlət Komitəsi susur, satıcılar danışmır, ekspert isə deyir ki, bu özəlləşdirmə haqda bilgilər mütləq ictimaiyyətə açıqlanmalıdır 

Bunu da oxuyun

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Əmlak Məsələləri Dövlət Komitəsi tender barədə elanı rəsmi internet saytında yerləşdirsə də nəticələr barədə heç bir məlumat vermədi. Bəs görəsən, tenderin qalibi olan şəxsin adının gizli saxlanılması kimlərin maraqlarına xidmət edir?

“Yeni Müsavat” qəzeti olaraq bir daha tenderin qalibi olan və dövlət əmlakına məxsus “8-ci kilometr” bazarını özəlləşdirən şəxsin kimliyini öyrənməyə çalışdır. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bazarı alan şəxs fiziki şəxsdir və mətbuatda kimliyinin açıqlanmasını istəmir. Bu səbəbdən həmin şəxsin adını açıqlaya, əlavə məlumat verə bilmərik.
“8-ci kilometr” bazarının özəlləşdirilməsi haqqında bazarda gəzən söz-söhbəti öyrənmək üçün sözügedən ticarət mərkəzinə üz tutduq. Onlarla satıcı ilə həmsöhbət olsaq da, onlardan heç biri bu haqda danışmaq istəmədi. Satıcılardan yalnız biri qeyd etdi ki, bu tenderin keçirilməsi sadəcə simvolik bir addımdır. Əslində bazara əvvəl kim rəhbərlik edirdisə, indi də həmin şəxsə məxsusdur. Satıcıların bir qismi isə ümumiyyətlə bu haqda məlumatlarının olmadığını bildirdi. Satıcılarla apardığımız söhbətdən məlum oldu ki, məlum informasiya hər kəsdə var, lakin bu haqda susmaq əmri alıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 5 dekabr 2014-cü il tarixində komitənin rəsmi saytında “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə tender elan edib . “8-ci km ticarət mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin 1 milyon 31 min 82 manat olduğu açıqlanıb. Tenderin şərtlərinə görə, bazarın səhmlərinin 99,89 faizi yeni investorun olacaq. Bunun müqabilində tenderin qalibi dövlət büdcəsinə 312 min manat köçürməlidir.
Müsabiqənin şərtlərinə görə, hazırda “8-ci kilometr” bazarını alan şəxs bir sıra tələbləri yerinə yetirməlidir. Əgər bazarın yeni sahibi bu şərtlərə əməl etsə, yaxın zamanlarda orada tikili və qurğular müasir standartlara uyğunlaşdırılacaq, bazara yeni avadanlıqlar alınacaq, ərazi abadlaşdırılacaq, işçilərin sosial təminatı üzrə iş aparılacaq.
Ancaq satıcılarla apardığımız söhbətdən məlum oldu ki, onlara bu haqda heç nə deyilməyib. “8-ci kilometr” bazarı artıq yarım aydan çoxdur ki, yeni bir şəxsə məxsus olsa da onun burada hansı dəyişikliklər aparacağı bazar əhlinə də məlum deyil. Lakin satıcılar  burada hər hansı təmir və yenidənqurma işlərinin aparılacağı təqdirdə icarə haqlarının artacağından narahatdırlar. Onlar bazarın palçıqdan, çirkabdan azad olunmasını istəsələr də hazırkı icarə şərtlərinin dəyişdirilməsini istəmirlər.
Bəs görəsən, dövlət əmlakının səhmlərinin satılması ilə bağlı informasiyaların cəmiyyətdən, mətbuatdan gizli saxlanılması qanunvericiliyə nə dərəcədə uyğundur? Əmlak Məsələləri Dövlət Komitəsi tenderin qalibi olan şəxsin kommersiya maraqlarının qorunması xətrinə bu informasiyaları məxfi saxlaya bilərmi? 
 
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, “8-ci kilometr” bazarı dövlət əmlakı olduğu üçün və burada dövlət əmlakının satışı həyata keçirildiyi üçün Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın kimə və hansı şərtlərlə satıldığı haqqında ictimaiyyətə məlumat verməlidir: “Əgər söhbət hansısa fiziki şəxsin özəl bir mülkü almasından getsəydi burada kommersiya sirrindən danışmaq olardı. Ancaq burada söhbət dövlət əmlakının özəlləşdirilməsindən gedir. Dövlət əmlakı özəlləşdirilən zaman birmənalı şəkildə alan şəxsin kimliyi, ödənilən məbləğ və sair haqda ictimaiyyətə məlumatların verilməsi və bütövlükdə satış şərtlərinin cəmiyyətə çatdırılmasına ehtiyac var. Çünki tenderlərin şəffaf keçirilməsi bütövlükdə özəlləşdirmə prosesinin əsas məqsədlərindən biri olmalıdır. Bu məsələdə tenderin qalibi olan şəxsin kommersiya maraqları ilə cəmiyyətin informasiaya almaq hüququnun müqayisəsi aparılır. Təbii ki, Əmlak Komitəsinin vəzifəsi bu cür məlumatların ictimaiyyətlə bölüşdürülməsidir”.
Ekspertin sözlərinə görə, tenderlərin qalibləri adlarının gizli saxlanılmasını istəyə bilər, lakin komitə öncədən bu şərti xatırlatmalıdır: “Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı xüsusi prinsiplərin qəbul olunmasına ehtiyac var. İddiaçının fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq bu məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı bir prinsip qəbul olunmalıdır. Tenderdə iştirak edən şəxslər öncədən bilməlidirlər ki, onların məlumatları cəmiyyətə açıqlanacaq. Nəzərə alaq ki, ”8-ci kilometr” bazarının satışı elə də çətin məsələ deyil. Bu bazara tələbat çox yüksəkdir. Həm sahəsinin geniş olması, həm də yerləşdiyi ərazi bu bazara yüksək tələbatı formalaşdırır. Ona görə də birmənalı şəkildə Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə məsələləri ilə bağlı şəffaflıq prinsiplərinə əməl etməlidir”.
Görünür, sözügedən ticarət mərkəzinin yeni sahibinin sirr saxlanması haqda göstəriş “yuxarıların” sifarişidir. Ola bilər, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tabeçiliyindəki işçilərə tapşırıq verib ki, mövzu haqda mediaya danışmasınlar. Nə bilmək olar, bəlkə də “8-ci kilometr bazarı”nın yeni sahibi elə Kərəm Həsənov özüdür…
Mövzunu diqqətdə saxlayacağıq.
Previous Post

Kərəm Həsənovun bazar əhvalatı

Next Post

“Döyüşməyə hazıram”

Bənzər yazılar

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf...

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 2026-cı ilin tədbirlər planına uyğun olaraq Bakı şəhərinin Səbail rayonunda mülki müdafiə...

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18

Cari ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfər olub. Bu barədə Elchi.az-a Dövlət Sosial...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Next Post

“Döyüşməyə hazıram”

“Döyüşməyə hazıram”

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

26 Oktyabr 2026 - 10:09
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

26 Oktyabr 2026 - 09:58
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

26 Oktyabr 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.