“Jurnalist yazı yazarkən media etika çərçivəsini tənzimlənməlidir”- ekspert

78


“Hər şeydən öncə jurnalistlər yazı yazarkən media etika çərçivəsində tənzimlənməlidir. Oxucu ilk cümlədən oxuduğunu yazının içindən tapmalıdır. Başlığın verdiyi xəbər materialın içindən daha geniş şəkildə açılmalıdır”- bu sözləri
Elchi.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

O eyni zamanda bildirib:” Təssüflər olsun ki, bizim mediamızda “şok”, “dəhşət”, kimi başlıqlara çox rast gəlinir. Bu jurnalistikada yol verilməzdir. Müşahidələr göstərir ki, oxucular bu sözlərin yer aldığı yazıları daha çox oxuyurlar. Ciddi, normal etik jurnalist heç vaxt öz yazılarına belə başlıq qoymaz. Başlıq elə seçilməlidir ki, həm jurnalist etikası gözlənilməli, həm də oxucuda yazının müəllifinə qarşı yüksək intellektual səviyyəli fikir yaratmalıdır”.

Havar Şəfiyeva