Elchi.az xəbər verir ki, İtaliyanın baş naziri Corc Meloni Avropa İttifaqının 27 ölkəsinin bütün liderlərini Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə çağırıb.
İtaliya hökuməti başçısının fikrincə, Avropa birliyinin qalan ölkələrinə məhəl qoyulmadığı halda, Zelenskinin yalnız Fransa və Almaniya başçıları ilə görüşlərinin keçirilməsi siyasi baxımdan düzgün deyil.
Meloni Aİ-nin Brüsseldə keçirilən sammitində “Əslində doğru və vacib olan Zelenski və 27 Aİ ölkəsinin bütün liderləri ilə birgə şəkil çəkdirməkdir” deyərək qeyd edib.
Qeyd edək ki, bundan əvvəl baş nazirin müavini və İtaliyanın xarici işlər naziri Antonio Tajani fevralın 9-da Brüsseldə Aİ liderlərinin görüşü çərçivəsində Meloni-nin Zelenski ilə söhbət etmək planlarından danışmışdı.
Bundan əvvəl Meloni bildirib ki, Ukrayna lideri Rusiya tərəfi ilə dialoqa başlamaq planı hazırlayır. o əlavə edib ki, fevralın 24-dək Ukraynaya səfər edəcək.
Havar Şəfiyeva