İtaliya Ukraynaya artilleriya və quru vəsaitləri verməyəcək

33

Bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib.
Elchi.az xəbər verir ki, İtaliya, altıncı hərbi yardım paketinin bir hissəsi olaraq, Ukraynaya yerüstü aktivlər və artilleriya sistemləri verməyəcək, müdafiə naziri Guido Crosetto bildirib.
O, qəzetə müsahibəsində deyib: “Mən əvvəlki hökumətin qəbul etdiyi fərmanların məzmunu barədə danışa bilmərəm. Onun qəbul edəcəyi (sərəncamda – red.) artilleriya silahı nəzərdə tutulmur”.
Nazir həmçinin əlavə edib ki, Kiyev zenit və raket əleyhinə müdafiə avadanlıqları istəməkdə davam edir. Növbəti paketə nələrin daxil olacağı barədə danışan Krosetto bu barədə parlamentə vaxtında məlumat veriləcəyini qeyd edib.
Bundan əvvəl Almaniya “Leopard 2” tanklarının 3-4 aydan gec olmayaraq Kiyevə çatdırılacağını açıqlamışdı.
Həmçinin bundan əvvəl Dövlət Duması Almaniyanın Kiyevə yalnız ABŞ-dan sonra tank tədarük etməyə niyə hazır olduğunu izah etmişdi.

Şayəstə