ABŞ-ın texnologiya şirkəti IBM 3900 nəfəri işdən çıxaracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, şirkət keçən il 150 min adamı işdən çıxarsa da, bu rəqəmin artmağa davam edəcəyi gözlənilir.
Dünyada davam edən iqtisadi böhran xüsusilə texnologiya şirkətlərinə dərindən təsir edir. ABŞ-ın Silikon Vadisinin nəhəng şirkətləri işçilərini ixtisar etmək üçün sıraya giriblər.
Nəhayət, IBM 3900 nəfəri işdən çıxaracağını açıqladı. 2021-ci ildən bəri şirkətin işçilərinin sayı təxminən 22 min nəfər azalıb.
Xatırladaq ki, digər nəhəng şirkət “Google” keçən həftə təxminən 12 min işçisi ilə yollarını ayıracağını ictimaiyyətə açıqlamışdı.
Proqram təminatı üzrə nəhəng şirkətlərdən olan “Microsoft” da gəlirlərin azalması gözlənildiyi üçün 10.000 işçinin ixtisar ediləcəyini açıqlayıb. İşçilərin ixtisarı martın sonunda baş tutacaq.
“Facebook”, “İnstagram” və “WhatsApp” kimi sosial media vasitələrinə sahib olan META-nın baş direktoru Mark Zukerberq 2022-ci ilin sonunda verdiyi açıqlamada 11 mindən çox insanın işdən çıxarılacağını bildirib.
Yeganə