İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Çində yerləşən sosial media platforması TikTok-u yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumadığını əsas gətirərək 10 milyon avro cərimələyib.
Elchi.az xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada, Çin mərkəzli ByteDance qrupunun İtaliya, İngiltərə və İrlandiyadakı TikTok şöbələrinə yetkinlik yaşına çatmayanları qorumadıqları səbəbi ilə ümumilikdə 10 milyon avro cərimə kəsildiyi bildirilib
Açıqlamada bildirilir ki, TikTok platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.
Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc etdiyi qaydalara əməl etməyib.
Nuranə Məmmədova