İtaliya miqrantlar üçün limanlarını bağlayır

54

İtaliyada sağçı koalisiya hökuməti Aralıq dənizində qeyri-qanuni miqrantları xilas edən qeyri-hökumət təşkilatına (QHT) məxsus gəminin İtaliya limanlarında yanaşmasını məhdudlaşdırmaq üçün ilk fərmanını qəbul edib.
İtaliya Aralıq dənizində miqrantları xilas edən qeyri-hökumət təşkilatlarının gəmilərinə qarşı sərt siyasəti ilə yenidən gündəmdədir.

Elchi.az xəbər verir ki, bu barədə baş nazir Giorgia Melonun sədrliyi ilə toplanan nazirlər şurasında qeyri-qanuni miqrantlara qarşı tədbirlər müzakirə edilib.

Yeni qurulan sağçı koalisiya hökuməti ilk dəfə olaraq QHT-nin xilasedici gəmisinin İtaliya limanlarına yanaşmasının qarşısını almaq üçün qərar imzalayıb.
Buna uyğun olaraq 180-ə yaxın nizamsız miqrantı xilas edən Almaniya bayraqlı “Humanity 1” gəmisinin Kataniya limanı xaricində dənizdə lövbər salaraq dayandırılması qərara alınıb.

“Miqrantlar eniş etmədən beynəlxalq sulara qaytarılacaq”

Daxili işlər naziri Matteo Piantedosi bildirib ki, yoxlamalar nəticəsində gəmidə qalmalı olan miqrantlar enmədən əvvəl beynəlxalq sulara qaytarılacaq.
İtaliya daha əvvəl Almaniya bayraqlı xilasetmə gəmisinin Almaniya tərəfindən qəbul edilməsi üçün nota vermişdi və Almaniya hökuməti İtaliyaya tibbi yardıma ehtiyacı olan miqrantlara təcili və sürətli yardım üçün nota ilə cavab vermişdi.
İtaliyada dəfələrlə qeyri-qanuni miqrantları xilas edən QHT gəmilərinin limanlara yaxınlaşmasına icazə verilməməsi, əksəriyyəti ehtiyacı olan miqrantların gəmidən düşməsinin qarşısının alınması reaksiyalara səbəb olub.

Şayəstə