Azərbaycanda azyaşlı qızı qaçırmağa cəhd göstərilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rəqəmsal Gələcək” – Region...






















Son şərhlər