İtaliya cinayət təşkilatının meneceri Antalyada yaxalandı

40

İtaliya cinayət təşkilatının meneceri Antalyada yaxalanıb. Polis rəsmiləri açıqlama verərək, “Şəxslə bağlı İtaliya İnterpoluna müraciət edilib və proses dəqiqliklə izlənilir” deyib.
Elchi.az xəbər verir ki, Baş Təhlükəsizlik Müdirliyinə oktyabrın 26-da İtaliya İnterpolundan cinayət təşkilatının liderinin Türkiyədə tapıla biləcəyi barədə məlumat daxil olub.
Kəşfiyyat İdarəsi, İnterpol İdarəsi və Antalya Polis İdarəsi birgə əməliyyat keçirib.
Camporesinin Türkiyəyə başqa adla verilmiş orijinal Fransız pasportu ilə daxil olduğu müəyyən edilib.
Edilən araşdırmalarda cinayət təşkilatı müdirinin Türkiyəyə girdiyi zaman onun haqqında qırmızı bildirişin olmadığı aydın olub.
Camporesi noyabrın 12-də keçirilən əməliyyat zamanı Antalyanın Kəpəz rayonunda yaxalanıb və gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Həmin şəxslə bağlı İtaliya İnterpoluna müraciət edildiyi qeyd edilib.

Şayəstə