İsveçrə ordusu nəzəri cəhətdən Ukraynaya tədarük oluna bilən Britaniyanın istismara yararlı 60 “Rapier” zenit-raket kompleksini sökməyə başlayıb.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Müdafiə Təchizatları üzrə Federal Bürosunun nümayəndəsi Kay-Qunnar Sievert bildirib ki, hava hücumundan müdafiə sistemlərinin ilk partiyası artıq sökülüb, onun ardınca daha üç partiya gələcək.
Ehtimal olunur ki, bu sonrakı tranşlarda bütün sistemlər söküləcək və utilizasiya ediləcək.
İsveçrə ötən əsrin 80-ci illərində öz silahlı qüvvələri üçün bu kompleksləri alıb və 2022-ci ilin sonundan onları istismardan çıxarmağa başlayıb.
Yeganə