“Biz Qarabağda mina probleminin fərqindəyik”.
Bunu İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre “2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramı”nın təqdimatı ilə bağlı mətbuat konfransında Qarabağda mina problemi ilə bağlı suala cava verərkən deyib.
Səfir İsveçrə hökumətinin Qarabağdakı son hərbi əməliyyatlar başa çatandan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə regionda minatəmizləmə fəaliyyəti üçün 1,5 milyon İsveçrə frankı yardım ayırdığını söyləyib.
“Biz mina probleminin fərqindəyik. İsveçrə hökuməti Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin bu istiqamətdə humanitar sahədə fəaliyyətinə 1.5 milyon İsveç frankı yardım edib”,- deyə səfir qeyd edib.
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib
2 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib....




















Son şərhlər