"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İsrailin baş nazirindən Azərbaycana mühüm mesajlar – düşmən ölkə təlaşda

14 Dekabr 2016 - 09:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

 İsrailin baş nazirindən Azərbaycana mühüm mesajlar - düşmən ölkə təlaşdaPrezident Əliyevlə görüşən Netanyahunun Bakı səfərində hərbi və təhlükəsizlik məsələləri də diqqətdə olub

İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda işgüzar səfərdə olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
İsrailin hökumət başçısı və onu müşayiət edənlər Şəhidlər Xiyabanını ziyarət edərək memorial kompleksə əklil qoyub. Daha sonra baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşə yollanıb. Prezident və xanımı Mehriban Əliyeva B.Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar. Azərbaycan prezidenti və İsrail baş naziri birgə foto çəkdiriblər.
Rəsmi məlumata görə, qapalı keçirilən görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Jerusalim post”un yaydığı məlumata görə, Netanyahunun prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə qapalı görüşü iki saat davam edib. Azərbaycana ikinci dəfə səfərə gələn İsrailin baş naziri prezidentə Bakının xeyli dəyişdiyini, bu şəhəri bəyəndiyini deyib. O, həmçinin Heydər Əliyev adına hava limanının yeni terminalını bəyəndiyini prezidentin diqqətinə çatdırıb. “Mən bura ikinci dəfədir gəlirəm. Azərbaycan və İsrail, Azərbaycan və yəhudi xalqı arasında çox yaxşı əlaqələr var. Yəhudi xalqı özünü Azərbaycanda rahat hiss edir. Hazırda İsraildə Azərbaycandan gəlmə 17 min yəhudi yaşayır. Onlar ölkələrimiz arasında körpü rolunu oynayırlar. Ona görə də bizim enerji sektoru da daxil olmaqla, müzakirə edəcəyimiz xeyli məsələlər var”, – deyə Netanyahu bildirib.
“Yəhudi icması Azərbaycan cəmiyyətinin aktiv hissəsidir və onlar bizim ölkəmizin inkişafına öz töhfələrini verirlər. Siz bu gün onlarla görüşəcəksiniz. Bu, ikitərəfli əlaqələrimizdə çox vacib amildir”, – deyə Azərbaycan prezidenti vurğulayıb (azvision.az).  “İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur” – baş nazir əlavə edib.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan sonra Qazaxıstana səfər edən Netanyahunu səfərdə xanımı ilə yanaşı, çoxsaylı nümayəndə heyəti müşayiət edir. İsrail kəşfiyyatına yaxın “Debka” saytı xəbər verib ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışıqlar aparacaq, təxminən 7 saat sonra Qazaxıstana yola düşəcək. “Netanyahunun hər iki paytaxtda danışıqları ölkələr arasında ticarət razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları əhatə edəcək” – sayt bildirir.
Netanyahu özü isə aeroportda jurnalistlərə açıqlamasında deyib ki, onun Azərbaycana və Qazaxıstana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur. Çünki İsrailin beynəlxalq əlaqələri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur.
Image result for Netanyahu
 
“Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib  ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı  İsraillə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”. APA-nın xəbərinə görə, baş nazir bu sözləri hava limanında jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, İsrailin baş naziri Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil aldığım təhsil kompleksinə səfər edərək yerli yəhudi icmasının nümayəndələri ilə görüşüb. Görüşdə regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlərin müzakirə edildiyi gözlənilirdi. Daha sonra ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb.
***
Diplomatik mənbələrdən mediaya sızan məlumatda deyilirdi ki, İsrailin baş naziri Benyamin Netanyahunun səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq. 
 
Image result for Netanyahu
“Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək”, – deyə xəbərdə qeyd olunurdu. Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib. Bu mənada daim xoşməramlı siyasət yürüdən Azərbaycan Fələstin-İsrail barışığı üçün də bacardığını etməyə hazırdır. Bakı bu istiqamətdə hansısa uğura nail olarsa, bu, onun İsraillə əlaqələrində sərt reaksiya verən müsəlman qonşumuzu da sakitləşdirərdi.
Yeri gəlmişkən, İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pakayin “Biz rəsmi Bakının Netanyahunun Azərbaycan Respublikasına səfərinə razılıq verməsini gözləmirdik. Çünki Azərbaycan müsəlman ölkəsidir və müsəlman ölkələr sionist rejimin beynəlxalq təcriddən çıxmasına yardım edə biləcək hər hansı bir addımdan çəkinirlər”, – deyə iddia edib. Bundan əvvəl İranın bəzi din xadimləri də bənzər açıqlamalar vermişdi. İranın daha iki rəsmisi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan ayrı-ayrılıqda açıqlamalar verərək Netanyahunun Bakıya  səfərini tənqid ediblər. Bəs Netanyahunun səfərində Fələstinlə bağlı müzakirələrin aparılacağı xəbərləri nə dərəcədə realdır?
Image result for Yevda Abramov
 
Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona heç nə məlum deyil: “İsrail rəhbərləri ilə görüş həmişə belə olur. Heç İsrailin Xarici İşlər Nazirliyi də informasiya vermir. Ona görə mən də müzakirə mövzuları barədə konkret heç nə deyə bilmərəm. Amma bu, hər iki tərəfin, hər iki xalqın və dövlətin mənafeyinə uyğun olan tarixi bir səfərdir. Şübhə yoxdur ki, bütün müzakirə olunan məsələlər vacib, bölgə üçün əhəmiyyətli olan məsələlərdir”.
Deputat şimal və cənubdan gələn reaksiyalara da münasibət bildirdi: “Mən bu məsələ ilə bağlı nə Rusiya, nə də İranla maraqlanıram. Biz müstəqil dövlətik, müstəqil xarici siyasət  yürüdürük. Prezidentin çox gözəl siyasəti var, prioritetlər də bilinir. Bizə kiminlə oturub-durmağı bir qonşu ölkə diktə edə bilməz”. Bu səfərin ardınca İsraildə Azərbaycan səfirliyi açıla bilərmi? Y.Abramov: “Hər şey cənab prezidentin kompetensiyasından asılıdır. Bu, onun səlahiyyətinə daxil olan məsələdir. Ola bilər ki, bununla bağlı müzakirələr də olsun”.
Image result for Netanyahu
Politoloq Arzu Nağıyev də səfəri ciddi hadisə sayır: “Düşünmürəm ki, İsrailin baş naziri cənab Netanyahunun səfərində əsas məqsədin məhz Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı olmasıdır. Təbii ki, bu məsələ də var – baxmayaraq ki, bir sıra qonşu dövlətlər bu səfərin əleyhinə bəyanatlar səsləndirir, biz Azərbaycan olaraq öz siyasətimizi yürüdürük və tolerant bir dövlət olduğumuzu göstəririrk. Maraqlı tərəf odur ki, cənab Netanyahu Azərbaycana son dəfə 1997-ci ildə gəlib və 20 ildən sonra rəsmi səfər edir. Səfər təbii ki, hərbi, iqtisadi və siyasi xarakter daşıyır. İlk növbədə Dağlıq Qarabağ münaqişəsini həlli, hərbi silah-sursat müqavilələri, kənd təsərrüfatı, nanotexnologiyalarla bağlı danışıqlar aparıla bilər”.
Image result for Arzu Nağıyev
 
A.Nağıyev Netanyahunun Bakıda yerləşən yəhudi məktəbində Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüş keçirməsini Azərbaycanın multikultural dəyərlərə hörməti kimi qiymətləndirdi. Həmçinin İsrail baş nazirinin Azərbaycan prezidenti ilə təkbətək görüşündə çox mühüm məsələlərlə bağlı müzakirələrin aparıldığını istisna etmədi: “Ümumiyyətlə, bu, dünyada mühüm əhəmiyyətli bir səfər kimi qəyərləndirilir. Təbii ki, bundan Ermənistan tərəfi həddən artıq narahatlıq keçirir. Hətta Ermənistanda yaşayan yəhudilərə, o cümlədən dünyadakı erməni lobbisi vasitəsilə təsir etməyin zəruriliyini bir məqsəd kimi qarşılarına qoyurlar”.
Netanyahunun Bakı səfəri Ermənistanda ciddi təşviş yaradıb. Xüsusilə də aprel döyüşlərində İsrail istehsalı olan silahların işğalçı ölkəyə ciddi zərbələr vurması təbii ki, unudulmayıb. Publika.az da yazır ki, İrəvan Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıqdan narahatdır. Ekspert Fərhad Mehdiyev səfərin əhəmiyyəti və gözləntiləri barədə fikirlərini dilə gətirib. Politoloq deyib ki, İsrail neftin 40 faizini Azərbaycandan idxal etdiyi, Azərbaycan isə qarşı tərəfdən silah-sursat və texnologiya aldığı üçün iki ölkə strateji tərəfdaş hesab olunur. Ekspert qeyd edib ki, Netanyahunun səfər proqramında Azərbaycan və Qazaxıstanın yer almasına xüsusi diqqət yetirmək lazımdır: “İsrail rəsmiləri müsəlman ölkələrinə rəsmi ziyarətə gedirlərsə, buna xüsusi əhəmiyyət yetirirlər. Yada salmaq lazımdır ki, 2009-cu ildə İsrailin keçmiş prezidenti Şimon Peres hər iki ölkəyə səfər etmişdi. Bu iki ölkə İsrail üçün enerji tədarükçüləri kimi çıxış edirlər. Sirr deyil ki, Qazaxıstan nefti tankerlər vasitəsilə Bakı-Tiflis-Ceyhan kəmərinə vurulur və İsrailə çatdırılır”.
Xüsusilə səfər öncəsi Rusiya mediasının “Mossad”a istinadən yaydığı informasiya düşmən ölkədə təşviş yaradıb. “Mossad”dakı mənbə bildirib ki, Netanyahunun səfəri zamanı Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində əhəmiyyətli razılaşma imzalanacaq. Həmçinin İsrail Azərbaycana müasir silahlar verəcək. Ermənistanın “lragir” saytı yazır ki, Bakıda Azərbaycan və İsrailin hərbi-texniki sahədə ciddi razılaşmalar əldə edəcəyi şübhəsizdir. 
Azərbaycanın İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemlərini almaq istədiyinə dair iddialar da səslənir. Ancaq F.Mehdiyev deyib ki, bu sistemlərin alınması üçün ən yüksək səviyyədə görüşün keçirilməyə ehtiyac yoxdur. Ekspert hesab edir ki, Azərbaycanda “Dəmir günbəz” qurulacaqsa, bu, məhz Ermənistandakı “İsgəndər” raketlərinə qarşı qurulacaq. 
Previous Post

İsrailin baş nazirindən Azərbaycana mühüm mesajlar – düşmən ölkə təlaşda

Next Post

Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.