İsrail Baş naziri Benyamin Netanyahunun İsrail və İran arasında qarşılıqlı hücumlardan sonra təhlükəsizlik kabinetini çağıracağı bildirilib.
Elchi.az xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzeti təhlükəsizlik kabinetinin saat 11:00-da toplanacağını bildirib.
Xəbərdə İsrail ordusunun münaqişənin davam etməsinə hazır olduğu və Netanyahu ilə müdafiə naziri Katzın gecə ordu rəsmiləri ilə məsləhətləşdiyi bildirilib.
İranın raket hücumlarına qarşı qisas qərarının da bu məsləhətləşmələr zamanı verildiyi iddia edilib.
Xəbərdə İrandan gələn hücumlara “güclü” cavab veriləcəyi və İsrailə qarşı Livandan hər hansı bir hücum baş verərsə, paytaxt Beyrutun Dahiye rayonu hədəf alınacağı bildirilib.
Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib və İran rəsmiləri İsrailin bu hücumuna cavab verəcəklərini elan edərək reaksiya veriblər.
Gecədə İrandan üç dalğada raketlər atıldıqdan sonra İsrailin şimalındakı bir neçə şəhərdə siren səsləri eşidilib; İrandan İsrailə təxminən 10 raket atıldığı bildirildi. İsrail ordusu qərbi və mərkəzi İranı hədəf aldığını bildirdi və Tehran bu hücuma raket zərbəsi ilə cavab verdi.
Şayəstə





















