Filippinlərin cənubundakı Mindanao bölgəsində 7,8 bal gücündə zəlzələ baş verib. Ən azı 8 nəfər ölüb.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Sarangani əyalətinin Soccsksargen bölgəsindəki Kablalan qəsəbəsindən 26 kilometr cənub-qərbdə 7,8 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Xidməti zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələdən sonra 4,6 ilə 6,5 bal arasında dəyişən 10 afterşok qeydə alınıb və bölgədə və ətraf ölkələrdə sunami xəbərdarlığı edilib. Ən azı 8 nəfər ölüb.
Filippin Prezidenti sunami xəbərdarlığı edib
Zəlzələdən sonra Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Teresito Bakolkol Associated Press (AP) agentliyinə bildirib ki, Sultan Kudarat və Sarangani əyalətlərində quruda sunami müşahidə stansiyaları 1 metr hündürlüyə qədər dalğaları izləyir. Filippin Prezidenti Ferdinand Markos Jr. ölkənin sunami təhlükəsi olan ərazilərində yaşayan vətəndaşları dərhal yüksəkliklərə köçməyə çağırdı. O, hökumətin səfərbər olunduğunu və fəlakətlərə cavabdeh qurumların hazırlıq vəziyyətində olduğunu bildirdi. Malayziyanın Meteorologiya Departamenti həmçinin Borneo adasındakı Sabah əyaləti üçün sunami xəbərdarlığı etdi. Zəlzələ və vulkan zonası olan Sakit Okean Alov Halqasında yerləşən Filippində tez-tez irimiqyaslı zəlzələlər baş verir.
Şayəstə





















