İsrail ordusunun İrana hücum etdiyini açıqlamasından sonra İran mediası Tehran, İsfahan və Təbrizdə partlayış səslərinin eşidildiyini bildirdi.
Elchi.az xəbər verir ki, İsrail ordusu bildirib ki, “Bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və mərkəzində İran rejiminə məxsus hərbi hədəflərə hücum edib”.
Hücumların təfərrüatları daha sonra açıqlanacaq.
Bu arada, İran dövlət televiziyası paytaxt Tehran, İsfahan və Təbrizdə partlayış səslərinin eşidildiyini bildirib.
“İsrail ballistik raketlərdən istifadə edərək hücum etdi”
İran İnqilab Keşikçiləri Korpusu İsrailin İrandakı bir neçə hədəfə ballistik raketlərdən istifadə edərək hücum etdiyini açıqlayıb.
İranın rəsmi xəbər agentliyi IRNA İnqilab Keşikçilərinin yazılı açıqlamasını dərc edib. Bəyanatda deyilir: “Sionist düşmən ölkəmizin ərazisindəki bir neçə hədəfə havadan atılan ballistik raketlərdən istifadə edərək hücum edib”.
İran dövlət televiziyası bildirib ki, partlayışlar Tehran, Təbriz və İsfahan şəhərlərində eşidilib.
Şayəstə





















