İsrail ordusunun Qəzzada daha 2 jurnalisti şəhid etdiyi, 7 oktyabrdan bəri davam edən hücumlarda həyatını itirən mətbuat mənsublarının sayının 117-yə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Qəzza hökumətinə bağlı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin hücumunda Fuad Əbu Hammaş və Məhəmməd əl-Selasinin həyatını itirdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumlarında həlak olan jurnalistlərin sayı 117-yə yüksəlib.
Jurnalistlərin harada və necə öldürüldüyü barədə məlumat paylaşılmayıb.
Şayəstə Hüseynova