İsrail ordusunun Livan ərazisinə növbəti zərbə dalğası şiə təşkilatı Hizbullah-ın silahlı qanadına məxsus raket qurğularını hədəf alıb.
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Zərbələr fevralın 19-na keçən gecə Cənubi Livanın bəzi rayonlarına endirilib. Ordunun məlumatına görə, raket qurğularından əlavə silah anbarları və Hizbullah dəstələri tərəfindən istifadə olunduğu bildirilən digər hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb.
İsrail tərəfinin versiyasına görə, bu cür infrastruktur obyektlərinin mövcudluğu İsrail ilə Livan arasında əldə olunmuş atəşkəs razılaşmalarının pozulması sayılır.
Hərbçilər bildiriblər ki, İsrail Müdafiə Ordusu İsrail dövlətinə yönələn istənilən təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək.
Məryəm




















