İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Elchi.az xəbər verir ki, bu barədə “Haaretz” yazır.
Qeyd olunur ki , Rusiya rəhbəri İsraillə Həmas arasında müharibə başlayandan bəri ilk dəfə Netanyahu ilə telefonla danışıb.
Telefon danışığı zamanı tərəflər İsraildəki mövcud vəziyyəti və Qəzzada humanitar böhranı müzakirə ediblər.
Daha əvvəl Putin xatırladıb ki, Fələstin-İsrail münaqişəsində Rusiyanın mövqeyi “məlumdur”: Moskva həmişə müstəqil Fələstinin yaradılmasının tərəfdarı olub.
Nuranə Məmmədova