İsrail Livanla sərhəddə hərbi əməliyyata hazırlaşır, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib. Elchi.az xəbər verir ki, onun sözlərini “The Times of Israel” nəşri yazıb.
Hərbçilərin və texnikanın ölkənin şimalına köçürüldüyünü elan edib. İsrail nazirinin sözlərinə görə, hərbi əməliyyatlar çox yaxında başlayacaq.
Qeyd edək ki, bundan əlavə, İsrail Müdafiə Qüvvələri öz “Telegram” kanalında Livanın Hizbullah qruplaşmasının mövqelərinə hədəfli zərbələr endiriblər.
Havar Şəfiyeva