ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın NATO-ya üzv olacağına əminliyini ifadə edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Dövlət Departamentinin rəhbəri alyansın qapılarının “Ukrayna üçün açıq qaldığını” vurğulasa da, onun daxil olma vaxtını açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor Kiyevin NATO-ya üzvlüyünün Rusiya ilə münaqişədə qələbəsindən sonra mümkün olduğunu bildirib. Onun sözlərinə görə, alyans liderləri hazırda Ukraynaya üzvlüklə bağlı danışıqlara başlamaq üçün dəvət göndərmək imkanını nəzərdən keçirirlər.
Havar Şəfiyeva