ABŞ-ın keçmiş rəhbəri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələrsə, Rusiya lideri Vladimir Putinlə Avropa və Ukrayna üçün əlverişsiz olan saziş bağlaya bilər. Elchi.az “İdnes”ə istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel xəbərdarlıq edib.
O qeyd edib ki, bəzi məsələlərdə Trampın mövqeyi fərqlidir, lakin o, prezident olarsa, Avropa amerikalıların seçiminə hörmət etməli olacaq. “Biz buna hazır olmalıyıq, çünki mütləq bəzi nəticələr olacaq” – deyə Pavel bildirib.
O, həmçinin Ukrayna qoşunlarının döyüş meydanındakı mövqeyini qiymətləndirərək, onların hərbi personalın sayına görə düşməndən geridə olduqlarını qeyd edib. Çexiya liderinin sözlərinə görə, onlar müdafiəyə keçməli və Rusiyaya qarşı yeni silahlar almalıdırlar.
Qeyd edək ki, bundan əvvəl Tramp prezident Vladimir Putin və Çin sədri Si Tsinpinlə yaxşı münasibətlərindən danışıb. Onun fikrincə, Rusiya rəhbəri kimi insanlarla anlaşmaq vacibdir.
Havar Şəfiyeva