İsrail ordusunun sözçüsü Aviçay Adraee, blokada altındakı Qəzza zolağının şimalındakı fələstinlilərin cənuba keçməsi üçün bu gün müvəqqəti olaraq dəhlizin açılacağını iddia edib. Qəzzada ölənlərin sayı 10 minə yaxınlaşıb.
Elchi.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee X, sosial media platformasında yayımlanan mesajında belə deyib, sözügedən dəhlizin bu gün yerli vaxtla saat 10.00-14.00 arasında açıq olacağını iddia edib.
Bölgənin şimalından cənubuna qədər uzanan Səlahəddin küçəsinin göstərilən saatlarda nəqliyyata açıq olacağını qeyd edən Adraee, Qəzza şəhərindəki fələstinliləri cənuba getməyə çağırıb.
İsrail ordusu dünən Qəzza zolağının şimal hissəsini tamamilə mühasirəyə aldığını açıqlayıb. Bölgədə təxminən 400 min fələstinli mülki vətəndaşın olduğu bildirilir.
Şayəstə Hüseynova