İsrail əsgərlərinin Qəzza şəhəri və ətrafında yüzlərlə fələstinli kişini həbs etməsi insan haqları qruplarını narahat edir. Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, saxlanılanlar təslim olan Həmas silahlılarıdır. Bununla belə, radikal qruplaşmanın nümayəndələri yaraqlıların təslim olması faktını təkzib edərək, məhbusların mülki şəxslər olduğunu bildirirlər.
“WSJ”-nin xəbərinə görə, internetdə alt paltarında olan onlarla fələstinli kişinin foto və videoları yayılıb. Bəzi şəkillərdə onlar cərgələrdə oturmuş, gözləri bağlı və əllərini başlarının və ya arxalarının arxasında saxlayırlar.
Havar Şəfiyeva