ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı qeyri-rəsmi olaraq Qəzza zolağında hərbi əməliyyatların yeni ilə qədər başa çatdırılmalı olduğunu bildirib. Elchi.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı mənbələrə istinadən yazır.
Jurnalistlər ABŞ-ın Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyatı dayandırmaq çağırışlarına işarə ediblər. “ABŞ-ın dövlət katibi Antoni Blinken İsrailə son səfəri zamanı israillilərə deyib ki, onlar bütün işlərini Yeni ilə qədər bitirməli olacaqlar”, – deyə nəşr vurğulayır.
Qeyd edək ki, dekabrın 6-da İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi Qəzza zolağında Yəhudi Dövlət Müdafiə Qüvvələrinin hərbi əməliyyatını tamamlamaq üçün mümkün vaxt çərçivəsini açıqlayıb. Onun sözlərinə görə, hədəflərə çatmaq üçün həftələr, hətta aylar lazımdır.
Havar Şəfiyeva