Cənubi Koreyada Amerikanın F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
Dəqiqləşdirilir ki, bazar ertəsi, dekabrın 11-i səhər saatlarında Cənubi Koreyada ABŞ-a məxsus təyyarə Collabuk-do əyalətinin Qunsan şəhəri yaxınlığında təlim zamanı qəzaya uğrayıb.
Eyni zamanda, agentliyin ABŞ və Koreyadan olan hərbi mənbələri qırıcı pilotun havadan çıxmağı bacardığını vurğulayıb. Qeyd olunur ki, Qunsandakı hava qüvvələri bazası Cənubi Koreya Hərbi Hava Qüvvələri və ABŞ-ın Respublikadakı Hərbi Hava Qüvvələri tərəfindən birgə istifadə olunur.
Havar Şəfiyeva