İspaniyada mayın 28-də keçirilən yerli seçkilərdə əhalisi az olan 5 yaşayış məntəqəsində namizədlər bərabər səs topladığı üçün bələdiyyə sədrləri “qəpik atma” yolu ilə müəyyənləşib.
Elchi.az xəbər verir ki, İspaniyada yerli seçkilərin keçirildiyi 8131 məntəqədən 5-də namizədlərə bərabər səslər verilib.
Ölkənin seçki qanunlarına görə bələdiyyə sədri püşkatma yolu ilə müəyyən olunmalı olduğu üçün əhalisinin sayı 550-2000 arasında olan bu yerlərdə bələdiyyə sədrlərini müəyyən etmək üçün püşkatma yolu ilə seçilib.
Bələdiyyə binalarında keçirilən ictimai lotereyanın qalibləri növbəti seçkiyə qədər 4 il müddətində xidmət edəcəklər.
Müxalifətdəki sağçı partiyaların yerli seçkilərdə qazandığı böyük uğura görə Baş nazir Pedro Sançez ispanların normal olaraq ilin sonunda keçiriləcək ümumi seçkiləri təxirə salaraq 23 iyulda seçkiyə gedəcəklərini açıqlamışdı.
Nuranə Məmmədova