Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Oxu.az-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub:
“Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.
Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər