Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Oxu.az-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub:
“Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi...




















Son şərhlər