Xarici işlər naziri Xose Manuel Albares ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə səbəbindən bütün diplomatik personalın təxliyə edilməsindən sonra martın 7-də bağlanan İspaniyanın İrandakı səfirliyinin yenidən açıldığını elan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat verib:
“Mən bu gün Tehrandakı səfirimizə göstəriş verdim ki, geri qayıtsın, İspaniyanın Tehrandakı səfirliyini yenidən açsın və bütün mümkün aspektlərdən, o cümlədən İran paytaxtından bu sülh səylərinə qoşulsun”,-deyə Albares qeyd edib.
Səfir Antonio Sançez-Beneditonun rəhbərlik etdiyi və hərbi əməliyyatların artması səbəbindən təxliyyə edilməli olan səfirlik, ABŞ və İran arasında iki həftəlik hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının açılması da daxil olmaqla atəşkəs elan edildikdən sonra yenidən açılacaq.
Yeganə





















