İsmayıllıda intihar hadisəsi baş verib.
Elchi.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətdə olan qoz ağacından asaraq intihar edib.Kənd sakinlərinin sözlərinə, özünü öldürən S.Piriyev nişanlı olub və yaxın günlərdə toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.