"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

İsa Məsihi öldürən nizənin sirri: Hitler onu niyə axtarırdı? – FOTOLAR

25 Noyabr 2014 - 16:33
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Həyat nizəsi və ya müqəddəs nizə tarixdə İsanın nizəsi, Longin nizəsi kimi tanınır. Onun bu adı almasının səbəbi Qolqofu mühasirəyə alan romalı əsgərlərin komandiri Qay Kassiy Longin adlı senturion tərəfindən çarmıxa çəkilmiş İsanın qəlbinə sancılmasıdır.
Longin keçmiş hərbçi idi. Kor olduğu üçün xidmətdən kənarlaşdırılmışdı. Amma o, casusluq və kəşfiyyat sahəsində istedadlı adam idi. Məhz bu keyfiyyətlərinə görə roma onu Qüdsə göndərmişdi. Kassiy Longin o dövr üçün qəribə sayılan bir artefakta sahib idi.
Onun nizəsi əfsanəyə görə, qədim peyğəmbərlərdən biri sayılan Finiy tərəfindən hazırlanmışdı. Nizənin çox iti oxu var idi və ucu yarım metrdən bir az uzun idi. Amma onun ən böyük xüsusiyyəti sirli gücə sahib olması idi.
Longin bütpərəst idi və sehrə inanırdı. Bu səbəbdən nizəsindən ayrılmırdı. Amma bununla bağlı iki versiya var. Birinciyə görə, Longin İsaya nifrət edirdi. İkinci versiyaya əsasən isə, İsanı çox müşahidə etdiyindən Longində ona inam yaranmışdı.
Bununla da legioner İsa Peyğəmbəri əzabdan qurtardı. Amma Müqəddəs Longin bu hərəkəti ona ürəyi yandığı üçün etmədi. Nizəni sancarkən o, İsanın Tanrının oğlu olduğuna inanırdı.
Mif və əfsanələr bu artefaktın fenomenal gücdə olduğunu bildirir. Əfsanəyə görə, nizəyə sahib olan şəxs dünyanı fəth edə bilər. Əsrlər boyu bir çox sərkərdə və dövlət başçıları bu nizəni axtarıblar.
Bu sıraya imperator Konstantin, Böyük Karl, Fridrix Barbarossa və Adolf Hitler də daxildir. Əfsanəyə görə, əgər nizənin sahibi onu itirsə, ölür.

Xeyir və şər

Həyat nizəsinə ilk dəfə İohanın Yevangeliyasında rast gəlinir: “Döyüşçülər gəldi. Onunla çarmıxa çəkilənlərin baldırını parçaladılar. Amma onlar artıq ölmək üzrə olan İsaya yaxınlaşanda döyüşçülərdən biri nizəni İsanın köksünə sancdı”.
Tarixi mənbələrə görə, nizənin sonrakı sahibləri arasında  Saksoniya krallığı xanədanının qurucusu I Henri Ptiselov, xristianlığı rəsmi din elan edən Roma İmperatoru Böyük Konstantin də var. Əlində nizə olan imperator Yustinian keçmiş Roma imperiyasının torpaqlarını barbarların əlindən geri alıb. Frank igidliyinin təcəssümü sayılan Karl Martel ərəbləri məğlub edərək, onların Qərbi Avropaya keçməsinin qarşısını  alıb.
Bütün Avropanın hakimi Böyük Karl 47 qələbə qazandığı zaman əlində Həyat Nizəsi olub. Fridrix Barbarossa və 40-dan çox alman imperatoru özünü müqəddəs nizənin sahibi elan edib. Məhz bu nizə və onun köməyi ilə həyata keçirilən şücaətlər səlibçiləri qüdrətli Tevton ordenini təsis etməyə ruhlandırdı.
Yüzilliklər boyu Tevton cəngavərləri istəklərinə möcüzəli gücü olan nizənin köməyi ilə çatıblar. Nizə sahibləri böyük şöhrət əldə edir, böyük xalqlar onun qarşısında baş əyirdi. Artıq heç kəsin şübhəsi yox idi: nizə öz sahibinə fövqəltəbii güc və imkan verir. Bu gücün köməyi ilə nizə sahibi dünyanın taleyini dəyişir, xeyir və ya şər əməllərlə məşğul olur.

İddiaçılar

Yuxarıda da qeyd edildiyi kimi, Müqəddəs Nizə böyük və qiymətli artefakt sayılır. Tampliyerlərdən miras qalan nizə XX əsrdə Adolf Hitlerin əlinə keçir və nəticələr hər kəsə məlumdur. Nizənin sehrli gücünü dərk edən insan, ondan istifadə edərək dünyanı idarə edə bilər.
Nizə indi haradadır? Tarixçilər bu suala dəqiq cavab verə bilmirlər. Digər artefaktlar kimi, bu nizənin də oxşarları var. Belə nizə saxlanan hər bir mərkəzdəki işçilər onlarda olan artefaktın məhz əsl Həyat Nizəsi olduğunu iddia edirlər. Müasir dünyada hazırda, ən azından, müqəddəs nizə statusuna iddia edən 4 nizə var. Onlardan biri Vyanadakı Hofburq sarayında, biri Vatikandakı müqəddəs Pyotr məbədində, digəri Ermənistandakı Üçkilsədə (Eçmiədzin), dördüncüsü isə Polşanın Krakov şəhərində yerləşir.

Vatikan zindanlarında

Bu gün məlum olan faktlardan biri də odur ki, Müqəddəs Nizənin bir hissəsi Vatikanda yerləşən Müqəddəs Pyotr məbədində saxlanılır. Bu nizənin tarixi kifayət qədərdir. Onun haqda ilk məlumat eramızın 570-ci ilində Qüds şəhərinə gələn Pyaçensli Antonio yazırdı: “Müqəddəs Sion məbədində bizim Tanrımızın başına taxılan çələngi və Onu öldürən nizəni gördüm”.
Amma 614-cü ildə Qüds farslar tərəfindən işğal edildi və bu qədim əmanət onların əlinə keçdi. Bu zaman hansısa naməlum səbəbdən nizənin ucluğu sındı. Elə 614-cü ildə sınmış ucluq Konstantinopolda peyda oldu. Burada nizə 1492-ci ilə qədər qorunub. Sonra isə Osmanlı Sultanı nizəni Papa VIII İnnokentiyə təhvil verib. Roma Papası isə nizəni Müqəddəs Pyotr məbədinə yerləşdirib. Amma Vatikan bu nizəni nümayiş etdirmir və gizli anbarda saxlayır. 200 ildən çoxdur ki, nizənin ucluğunu heç kəs görməyib.

Nizə Rusiyada

Həyat Nizəsi Rusiyada da olub. Onun sahibi Aleksandr Nevskinin atası Yaroslav olub. Amma nəticədə nizə Mamayın əlinə keçib. Əlinə keçən qədim artefaktın qiymətini anlamayan Mamay onu rus knyazı Dmitriyə verir və əvəzində iki əsirini geri alır. Nizəni ələ keçirən knyaz Dmitri isə Kulikovo çölündə böyük qələbə qazanır. Dmitrinin davamçısı nizəni litvalı knyaz Yaqayloya hədiyyə edir. Çünki litvalı knyaz alman cəngavərləri ilə savaşa girəcəkdi və ona qələbə lazım idi.

Surəti, yoxsa orijinal?

Vatikandakı nizəyə çox bənzəyən bir nüsxə də Krakovda yerləşir. Nizələr o qədər oxşardır ki, alimlər onları bir-birinin surəti sayır. Həqiqətən də, bu günə qədər alimlər və tarixçilər bu iki nizədən hansının orijinal, hansının onun surəti olduğuna qərar verə bilmirlər. Bəzi tarixçilərin fikrincə, Krakov variantı IV əsrdə, Vatikan nizəsi isə III əsrdə düzəldilib. Digərləri isə bu tarixlərin yerini dəyişdirirlər. Amma bununla belə, hər iki nizə heç cür əsl Müqəddəs Nizə ola bilməz. Ən yaxşı halda, onlar İsa çarmıxa çəkildikdən iki yüz il sonra düzəldilib.

Tanrının mismarı

Müqəddəs Nizə adına iddialılardan biri də Vyanadakı Hofsburq qalasında saxlanılır. Hofsburq – Habsburqlar sülaləsinə məxsus binadır və orada hazırda Avstriya prezidentinin rezidensiyası yerləşir. Bu nizə də Müqəddəs Mavrikiya, Vyana, Habsburqların müqəddəs nizəsi və Hofsburq nizəsi kimi müxtəlif adlar daşıyır. Müasir tarixşünaslıq elmində məhz Vyana versiyası əsl Müqəddəs Nizə kimi tanınır.
Amma belə düşünmək üçün onların faktı Vatikan və Krakov nizələri ilə müqayisədə daha azdır. Ötən əsrin əvvəlində aparılan ekspertizanın nəticələrinə görə, bu nizə VII əsrdən əvvələ aid deyil. Bundan başqa, X əsrin ortalarına qədər bu artefakt xristian dövləti Mavrikiyaya məxsus olub. Amma Müqəddəs Roma imperiyasının başçısı I Otton 955-ci ildə macarlar üzərində qələbə qazandıqdan sonra nizə haqqında təsəvvürlərdə canlanma başladı.
Nizənin uzunluğu yarım metrdir. Müqəddəs Mavrikiya nizəsinin iki hissəsi əvvəlcə gümüş tel, sonra isə qızıl halqa ilə birləşdirilib. Ucuna isə mismar vurulub. Əfsanəyə inansaq, bu, İsa Peyğəmbərin çarmıxa çəkildiyi mismarlardan biridir. Üzərində “Bizim Tanrının mismarı” yazısı olan gümüş zolaq nizəyə sonradan vurulub.

Apostol Faddeyin nizəsi

İndiki Ermənistan ərazisində yerləşən Eçmiəzdin kilsəsində də nizə saxlanılır. İddialara görə, bu nizə eramızın I əsrinə aiddir. Amma həqiqət odur ki, bu tarixin nəyə istinad etdiyri məlum deyil. Erməni kilsəsi bu günə qədər də artefaktı yoxlamaq üçün təqdim etmir və nizənin möcüzəli qüvvəyə sahib olduğunu, həqiqi olub-olmadığını yoxlamağın kafirlik olduğunu bildirir. Daha bir erməni həyasızlığı… Birincisi, bu kilsə alban mədəniyyətinə məxsusdur. İkincisi, əgər o nizə ordadırsa belə, onun ermənilərə qəti aidiyyatı yoxdur. Çünki adıçəkilən dövrlərdə bu regionda ümumiyyətlə erməni millətinin izi-tozu olmayıb. Versiyaya görə, nizə buraya apostol Faddey tərəfindən gətirilib. Amma bir fakt diqqət çəkir. Eçmiəzdindəki nizənin ucluğunda yunan xaçı var. Belə bir sual ortaya çıxır: nə əcəb romalı əsgərlər yunan nizələri ilə silahlanmışdılar?

Hitler və Həyat Nizəsi

Söyləmək lazımdır ki, nizənin gücünə və qüdrətinə Adolf Hitler də inanırdı. Uğursuz rəssam, sonradan alman xalqının rəhbəri olan Adolf cavan yaşlarından bu nizəyə sahib olmaq istəyib. Onun gənclik illərində Müqəddəs Nizə Vyana muzeyinin Cəvahirat Zalında saxlanılırdı. 1909-cu ildə o, hər gün muzeyə gəlir, saatlarla nizəyə tamaşa edirdi. Adolf nizəyə sitayiş edir, günlərin birində onu əlinə alaraq dünyaya hakim olacağını düşünürdü.
1917-ci ildə gənc Adolfun bu həvəsi açıq-aşkar özünü büruzə verdi. O, Alfred Rozenberqlə ruhçağırma seansı keçirdi. Hitler tərəfindən çağırılan ruh ona dedi ki, nizəyə sahib olan şəxs Almaniyanın yeni sahibi olacaq. 15 il sonra Yeni Almaniyanın rəhbəri olan Hitler Otton Nizəsini ələ keçirmək barədə qəti qərar verdi. Sərhədləri genişləndirərkən qardaş Avstriyanı Almaniyaya birləşdirən Hitlerin əsas məqsədi nizəni ələ keçirmək idi!
Və Adolfun həyatının, bəlkə də, ən xoşbəxt anı yetişdiı. Bütün işlərini bir kənara buraxan Hitler şəxsən özü Avstriya muzeyinə daxil oldu və qədim artefaktı ələ keçirdi. Yarım il sonra Müqəddəs Nizə xüsusi zirehli qatar vasitəsilə Almaniyanın Nürnberq şəhərinə gətirildi. Nizə ilə bərabər Gizli Gecə zamanı masanın üzərinə salınan süfrə, İohan Krestitelin dişi və xristianlığa aid digər təbərrüklər Nürnberqə gətirildi. Longin Nizəsinin Hitler dövrü 1945-ci ildə başa çatdı.
Kütləvi bombardmanlar zamanı nizə Nürnberq qalasının altında yerləşən yeraltı qalereyalardan birində gizlədildi. Onun üçün xüsusi zirehli bunker hazırlandı. Amma 1944-cü ilin oktyabrında müttəfiqlərin aviasiya bombaları Nürnberqi darmadağın etdi və müqəddəs əşyaların saxlandığı məbədə olan yol açıldı.
Bu zaman Fürer bəyan etdi: “Nizəni qoruyaq, bu zaman Almaniya bərpa olunacaq!”
O, nizəni və digər dini təbərrükləri gizlin surətdə saxlandıqları yerdən çıxarmağı, əvvəlcədən hazırlanmış, qayanın içinə yerləşdirilmiş gizli bunkerə yerləşdirməyi əmr edir. Amma alman dəqiqliyi ilə hazırlanmış əməliyyatda problem yaranır. Hitlerin əmrini yerinə yetirən əsgərlər səhvə yol verirlər. Deyilənə görə, onlarda olan siyahıda Longin nizəsi müqəddəs Mavrikiya Nizəsi adı altında qeyd edilmişdi. Məlumatsız əsgərlər nizə yerinə məbəddə saxlanılan müqəddəs Mavrikiya qılıncını oradan çıxardılar və gizli bunkerə apardılar. Longin Nizəsi isə amerikalılar tərəfindən qarət edilən üçüncü dərəcəli eksponatların arasında qaldı. Nürnberqi işğal edən amerikalılar bu dəmir parçasına əhəmiyyət vermədilər.
Əgər general Patton təsadüfən bu metal nizə barədə eşitməsəydi, yəqin ki, bu gün də nizənin sonrakı taleyi barədə məlumat olmazdı. O, tarixlə maraqlanırdı və bu məsələlərdə bilici idi. Bu səbəbdən, nizə barədə eşidən general həmən Nürnberqə yola düşdü. Həmin gün Hitler həyatına qəsd etdi. Tezliklə, Həyat Nizəsi öz statusunu bərpa etdi. Bir neçə ay sonra isə Duayt Eyzenhauerin əmri ilə o, təntənəli surətdə azad edilmiş Vyananın burqomistrinə təhvil verildi. Longin Nizəsi bu gün də Hofburq sarayında şüşə altında saxlanılır. Bununla belə, nizə barədə əfsanələr bitmir.
Bəzi iddialara görə, amerikalılar, əslində, dünya hökmranlığını əldə etmək üçün Nizəni özlərində saxlayıblar. Vyanaya göndərilən isə saxta nizədir (Publika.az).
Previous Post

İsa Məsihi öldürən nizənin sirri: Hitler onu niyə axtarırdı? – FOTOLAR

Next Post

Rus polisindən novbəti amansızlıq (video)

Bənzər yazılar

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Next Post

Rus polisindən novbəti amansızlıq (video)

Rus polisindən novbəti amansızlıq (video)

Son xəbərlər

Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 38 % azaldıb

20 Avqust 2026 - 17:44
Azərbaycanda sağlamlıq turizminin inkişafı strategiyası və fəaliyyət planı hazırlanacaq

Azərbaycanda sağlamlıq turizminin inkişafı strategiyası və fəaliyyət planı hazırlanacaq

20 Avqust 2026 - 17:44
Azərbaycan 7 ayda süddən hazırlanan yağ idxalına 95 milyon dollar xərcləyib

Azərbaycan 7 ayda süddən hazırlanan yağ idxalına 95 milyon dollar xərcləyib

20 Avqust 2026 - 17:43
İspaniyada istilər səbəbindən 4,4 mindən çox insan ölüb

İspaniyada istilər səbəbindən 4,4 mindən çox insan ölüb

20 Avqust 2026 - 17:41
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20 Avqust 2026 - 17:38
Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək

Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək

20 Avqust 2026 - 17:27
Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

20 Avqust 2026 - 17:24
Turizmin qeyri-neft iqtisadiyyatında payının 8,6%-ə çatdırılması hədəflənir

Turizmin qeyri-neft iqtisadiyyatında payının 8,6%-ə çatdırılması hədəflənir

20 Avqust 2026 - 17:19
Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 17:08
Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

20 Avqust 2026 - 17:08
Azərbaycanda “Böyük İpək Yolu” turizm məhsulu yaradılacaq

Azərbaycanda “Böyük İpək Yolu” turizm məhsulu yaradılacaq

20 Avqust 2026 - 17:07
“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

20 Avqust 2026 - 16:58
Azərbaycanda turizm sektorunda bir neçə istiqamət üzrə subsidiya dəstəyi nəzərdə tutulur

Azərbaycanda turizm sektorunda bir neçə istiqamət üzrə subsidiya dəstəyi nəzərdə tutulur

20 Avqust 2026 - 16:43
Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

20 Avqust 2026 - 16:32
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

20 Avqust 2026 - 16:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.