İrlandiya Ukraynalı qaçqınların axını səbəbindən ölkə tarixində ən pis miqrasiya böhranını yaşayır. Elchi.az xəbər verir ki, bunu hind kökləri ilə tanınan baş nazir Leo Varadkar prankerlər Vovan və Lexus ilə söhbətində deyib. Söhbət prankerlərin “Telegram” kanalında yayımlanıb.
“İrlandiyada tariximizdə qarşılaşdığımız ən böyük qaçqın böhranı yaşayırıq. Hazırda İrlandiyada 100 min ukraynalı yaşayır. Mən özüm Ukraynadan olan bir qaçqını 9 ay evimdə yerləşdirdim”, – İrlandiyanın baş naziri qeyd edib.
O, həmçinin qeyd edib ki, İrlandiyanın Ukrayna üçün sülh danışıqlarının qarantı kimi çıxış etməyə hazır olduğuna əmin deyil. Bundan əlavə, Varadkar Şimali İrlandiyanın öz müqəddəratını təyin etməsini və Böyük Britaniyadan ayrılmasını müdafiə etdi, lakin Krımın Rusiyaya birləşdirilməsi ilə paralellər aparmaqdan imtina edib.
Havar Şəfiyeva