Keçmiş Amerika lideri Donald Tramp 2024-cü ilin martına qədər Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədliyini rəsmən təmin edə bilər. Elchi.az xəbər verir ki, bu barədə Reuters agentliyi Trampın seçki komandasının yüksək vəzifəli üzvünə istinadən məlumat yayıb.
Trampın kampaniyası, erkən səsvermə ştatlarında liderliyini nəzərə alaraq, martın 19-dək Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini rəsmi olaraq təmin edə biləcəyini proqnozlaşdırıb.
Qəzetin qeyd etdiyi kimi, Trampın komandası bu müddətə qədər 1478 nümayəndə toplaya biləcəyinə əmindir ki, bu da gələn iyulda Milwaukeedə keçiriləcək Respublikaçıların Milli Qurultayında namizəd seçəcək 2429 nümayəndənin əksəriyyətini əldə etmək üçün kifayət edəcək.
Bundan əvvəl məlum olub ki, sabiq prezident yenidən seçiləcəyi təqdirdə ABŞ-ın xarici siyasətini dəyişmək üçün əksər vəzifələrə loyal şəxsləri təyin etməyi planlaşdırır. Ukraynaya hərbi yardımı azaltmağı da nəzərdən keçirdiyi qeyd edilir.
Havar Şəfiyeva