Ukrayna silahlı qüvvələri çox güman ki, Qərb ölkələrindən hərbi yardım alacaqlar, lakin onu alsalar belə, Ukrayna irəliləyə bilməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verəcək.
“Həm Aİ, həm də ABŞ-dakı Ukrayna tərəfdarları yardımın gələn ilin əvvəlində hansısa formada təsdiqlənəcəyini iddia edirlər. Lakin bu, çətin ki, döyüş meydanında əhəmiyyətli irəliləyişlə nəticələnsin”, – nəşr anonim mənbələrə istinadən qeyd edir.
Bundan əlavə, agentlik Avropa rəsmilərinə istinadən əlavə edir ki, mövcud vəziyyət Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərir. Belə olan halda Rusiya şərtləri ilə atəşkəs sazişi bağlamaq mümkündür.
Daha əvvəl demokrat senator Çak Şumer bildirib ki, ABŞ Konqresində danışıqlar aparan şəxslər Respublikaçılar Partiyasının mövqeyinə görə hələ də Ukraynaya hərbi yardımı qəbul edəcək razılaşmadan uzaqdırlar.
Havar Şəfiyeva