İraq hökuməti ölkədə fəaliyyət göstərən iranpərəst qruplaşmaların qonşu dövlətlərə hücumlar hazırlaması barədə məlumatlar fonunda onlar qarşı qətiyyətli tədbirlər görmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə İraq hakimiyyətinin yüksəksəviyyəli nümayəndəsinə istinadən “Iran International” məlumat verib.
Mənbənin sözlərinə görə, Bağdad bir sıra radikal qruplaşmaların Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və Suriyaya qarşı əməliyyatlar keçirmək planları barədə məlumata malikdir. O bildirib ki, İraq hökuməti ölkədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün İran tərəfindən dəstəklənən yaraqlılara “son zərbə” vurmaq ərəfəsindədir.
Məryəm





















