"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“İRANLA MÜHARİBƏ İKİ MƏSƏLƏNI GÜNDƏMDƏN ÇIXARMAQ ÜÇÜN BAŞLADILDI…” – “Cəsarət yaxşı keyfiyyətdir, amma güclə də hesablaşmaq lazımdır”

16 Aprel 2026 - 19:08
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Trampa güvənib öz siyasətlərini quranların Avropada uğur qazanması mümkünsüz olacaq”

Bunu da oxuyun

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

“Tramp şəxsi münasibətləri siyasətə daşıyan liderdir”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev regionda baş verən hadisələr, İrana qarşı təzyiqlərin növbəti mərhələsindən gözləntilər, eləcə də bu ətrafda başqa mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, ABŞ ordusu Hörmüz boğazını bağlayıb, İranın dəniz ticarətini faktiki olaraq məhdudlaşdırıb. Buna rəğmən dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Prezident Tramp isə bütün hədə və tənqidlərə rəğmən İrana qarşı bloklayıcı əməliyyatlara NATO və Avropa İttifaqının dəstəyini ala bilmədi. Bu gedişatın davamını necə görürsünüz?

– Düşünürəm ki, İranla ABŞ müəyyən razılaşmaya gələcək. Çünki tərəflərin buna müəyyən ehtiyacı var. İranla müharibə iki məsələni – Ukrayna savaşını, daha çox isə Ceffri Epşteyn məsələsini siyasi gündəmdən çıxarmaq üçün başladıldı.Venesuelladakı asan əldə olunan başgicəlləndirici uğur da böyük rol oynadı. Tramp aralıq seçkilərə böyük fateh kimi qatılmaq istədi. Son dövrlərdə Rusiyanın Trampa artan təzyiqlərini müşahidə edirdik ki, münaqişə Kremlin istədiyi formada yekunlaşsın. Tramp isə Ukraynaya müəyyən həddə qədər təzyiq edə bilər. Ona görə müharibə çıxış yolu oldu.

Məncə, ABŞ müharibənin birinci mərhələsində İrana dağıdıcı zərbələr endirməklə öz gücünü nümayiş etdirdi. Ona atəşkəsə nail nail olmaq və vəziyyəti yenidən dəyərləndirmək lazım idi. Trampın “İranda sivilizasiyanı məhv edəcəyəm” kimi açıqlamaları daha çox psixoloji təzyiq vasitəsi idi və İranı danışıqlar masasına gətirmək məqsədi daşıyırdı. Görünən odur ki, buna da nail olundu. Nəticədə tərəflər arasında dialoq imkanları yarandı. Əslində elektrik stansiyalarının, sutəmizləyici qurğuların, körpülərin və neft emalı zavodlarının vurulması ciddi humanitar fəlakətə səbəb ola bilərdi. Tramp belə bir ssenariyə getməzdi. Çünki o, Nobel Sülh Mükafatı almaq istəyən bir siyasətçidir, tarixdə böyük humanitar fəlakətə səbəb olan lider kimi qalmaq istəməz.

-Amma sülh danışıqları uğurusuzluqla nəticələndi. Hazırki mərhələdə ABŞ tərəfindən hansı addımlar atılacaq?

– Xatırlayırsınızsa, mən bunu əvvəllər də demişdim, ikinci mərhələ İranın blokadaya alınması ssenarisidir. Neft gəlirləri olmadan İran yaşaya bilməz. İqtisadi vəziyyətin kəskin pisləşməsi iqtidarın parçalanmasına və vətəndaş qarşıdurmasına, inqilablara səbəb olacaq. Əminəm ki, müharibənin başladılmasında Çin amili də mühüm rol oynayır. ABŞ cəmiyyətində Donald Trampın bu addımlarına müəyyən dəstək verilməsinin səbəblərindən biri odur ki, insanlar bunu Çinə qarşı yönəlmiş strategiyanın bir hissəsi kimi qiymətləndirirlər. Keçən ilin iyun ayında 12 gün davam edən toqquşmalar zamanı İranın nüvə obyektlərinə ciddi ziyan vurulmuşdu. Bu baxımdan, hazırda əsas məqsədlərdən biri də Çini ucuz enerji resurslarından məhrum etmək və onun iqtisadi inkişaf tempinə təsir göstərmək, onun siyasətinə təsir etmək imkanları əldə etməkdir. Çinin iqtisadiyyatı böyüdükcə, onun hərbi potensialı da paralel şəkildə genişlənir və bu, gələcəkdə Tayvan ətrafında mümkün hərbi ssenariləri aktuallaşdıra bilər. Yəni, burada geniş və mürəkkəb geosiyasi qarşıdurma mövcuddur. Hazırda Çin ABŞ-dən sonra dünyanın ən böyük hərbi donanmalarından birinə sahibdir. Amma Çinin yaxın gələcəkdə ABŞ ilə birbaşa hərbi qarşıdurmaya getməsi real görünmür. Güc nisbəti hələlik Çinin xeyrinə deyil və Pekin bunu yaxşı anlayır. ABŞ İranı müəyyən güzəştlərə məcbur edəcək. Yaxşı olar ki,İranda bunu anlasınlar, iqtisadiyyatları tam dağılmamış ABŞ ilə anlaşsınlar.

– İran müqavimət göstərməyə davam edərsə, hərbi zərbələr yenidən aktuallaşacaqmı?

-İran güzəştlərə getməsə bəzi strateji obyektlərə zərbələr endirilə bilər. İran üçün ən rasional ssenari iqtisadiyyatı tam çökməmiş ABŞ ilə razılığa gəlməkdir. Çin, Rusiya müəyyən dəstək verə bilər, amma bu vəziyyəti dəyişəməyəcək. Alternativlər məhduddur. Onlar İran tərəfdən müharibəyə qatılmayacaq. Rusiya Ukrayna ilə müharibə səbəbindən özü də ciddi iqtisadi problemlərlə üzləşib. Digər bir faktor da ortaya çıxdı. İran xüsusilə 12 günlük müharibədən sonra əsas hava hücumundan müdafiə sistemlərini Çin və Rusiyadan əldə edib.

-Amma müharibənin gedişində onların aktiv fəaliyyəti hiss olunmadı…

-Bu sistemlər döyüş meydanında özünü doğrultmadı. Onların 5-ci və 6-cı nəsil texnologiyalar əsasında qurulduğunu iddia edirdilər. Lakin son hadisələr göstərdi ki, bu sistemlər tam da iddia edilən standartlara cavab vermir. Müşahidə edirik ki, ABŞ və İsrailin “stealth” tipli təyyarələri İran ərazisində müəyyən obyüktlərə zərbələr endirir və ciddi müqavimətlə qarşılaşmadan geri qayıdır. Bu prosesin davam etmə ehtimalı da var. Çünki ABŞ İrana qarşı istifadə etdiyi hərbi arsenalı daim yeniləyir, raketlər və digər sursatlar fasiləsiz şəkildə bölgəyə daşınır. Praktik olaraq 2 həftəlik atəşkəs kifayətdir ki, yeni silahlar regiona gətirilsin və əməliyyatlar yenidən başlasın. Cəsarət yaxşı keyfiyyətdi, amma hər zaman qeyd etdiyim kimi, güclə də müəyyən mənada hesablaşmaq lazımdır və reallıq hissi itirilməməlidir. Dövlət başçıları və siyasətçilər reallıq hissini itirdikdə, bunun əziyyətini həm özləri, həm də xalq çəkir.

– Yalnız bir variant qalır…

-Bəli, İran mütləq ABŞ-la anlaşmağa çalışmalıdır. Eyni zamanda ölkə daxilində ciddi islahatlara başlanmalıdır. İran çoxmillətli dövlətdir və orada yaşayan digər xalqların milli hüquqları tanınmalı, daha geniş siyasi və mədəni hüquqlardan istifadə imkanı verilməli, onların sosial və mədəni tələbləri nəzərə alınmalıdır. İqtisadiyyatda korrupsiya, dövlət idarəçiliyində isə kronizm aradan qaldırılmalıdır. Beynəlxalq ekspertlər Macarıstanda Baş nazir Viktor Orbanın məğlubiyyətini daha çox ölkədə kronizm və korrupsiyanın dövlət siyasətinə çevrilməsi ilə əlaqələndirirlər.

-Kronizm nədir?

-Bu, biznesdə və siyasətdə şəxsi əlaqələrə (qohumluq,dostluq , sadiqlik , tanışlıq vəs.) görə insanların peşəkarlığı nəzərə alınmadan sürətlə irəli çəkilməsi, varlanması, bizness imkanları əldə etməsi və yüksək vəzifələrə yerləşdirilməsidir. Yəni vəzifələr və imkanlar peşəkarlığa görə deyil, şəxsi münasibətlərə görə verilir. Nepotizmdən fərqli olaraq, burada təkcə qohumluq deyil, dostluq, tanışlıq və yaxın çevrə əlaqələri də rol oynayır. Belə hallar cəmiyyətdə narazılıq yaradır, sosial ədalət hissini zəiflədir və insanların dövlətə olan inamını azaldır. Eyni zamanda bu, inkişafın qarşısını alır və iqtisadi dinamikanı zəiflədir. Korrupsiya isə bütün ölkələrdə müəyyən səviyyədə mövcuddur. Lakin inkişaf etmiş dövlətlər onu nəzarətdə saxlamağa çalışır. Əgər korrupsiya müəyyən həddi aşarsa, bu artıq inkişaf üçün ciddi maneəyə çevrilir. Bu baxımdan hesab edirəm ki, hər iki problemə qarşı effektiv mübarizə aparılmalı və sistemli islahatlar həyata keçirilməlidir. Bu, həm dövlətin, siyasi sistemin dayanıqlılığı, həm də cəmiyyətin rifahı üçün əsas şərtlərdən biridir.

– Yeri gəlmişkən, Macarıstanda Donald Trampın açıq dəstəyi Viktor Orbanın əleyhinə işlədi. Bu, daha çox Trampın şəxsiyyətinə, imicinə bağlı idi, yoxsa Macarıstanda formalaşmış daxili siyasi situasiya onun məğlubiyyətini şərtləndirdi?

– Seçkidən əvvəl bütün sorğular göstərirdi ki, müxalifətin əsas fiquru Peter Magyar sürətlə güclənir. O, əvvəllər hakimiyyət təmsil olunub, daha sonra müxalifətə keçib. Bunun səbəbi ilə bağlı müxtəlif fikirlər var. Bəziləri iddia edir ki, Orban özü onu məqsədli şəkildə müxalifətə keçməyə şərait yaradıb ki, gələcəkdə hakimiyyət ötürülməsi daha nəzarətli formada baş versin. Trampın açıq şəkildə Orbanı dəstəkləməsi Macarıstan cəmiyyətində birmənalı qarşılanmadı və müəyyən narazılıq yaratdı. Digər mühüm məqam isə odur ki, Tramp çoxları tərəfindən Vladimir Putin ilə yaxın münasibətlərdə olan siyasətçi kimi qəbul olunur. Macar cəmiyyətində isə Rusiyaya qarşı tarixi həssaslıq var. Xüsusilə 1956-cı il Macarıstan üsyanı zamanı Sovet qoşunlarının ölkəyə müdaxiləsi hələ də kollektiv yaddaşdan silinməyib. Bu baxımdan, Trampın Orbanı açıq şəkildə müdafiə etməsi onun imicinə mənfi təsir göstərdi. Bununla belə, hər bir halda Orban yenidən seçilə bilməyəcəkdi.

Digər tərəfdən, Orban Avropada uzun müddət hakimiyyətdə olmuş 3-4 siyasi liderdən biridir. Avropa tarixində Almaniyada Helmut Kol, Angela Merkel 16 il, Lüksemburqda Jean-Claude Juncker 18 il müddətində hakimiyyətdə qalmaq nümunələri göstəriblər. Orban da artıq bu kateqoriyaya daxil olub. Lakin liberal-demokratik sistemlərdə bu qədər uzun müddət hakimiyyətdə qalmaq cəmiyyətdə dəyişikliyə tələbatı artırır. İnsanlar yenilənmə istəyir. Əgər hakimiyyət bu yenilənməni təmin edə bilmirsə, seçicinin liderə münasibəti dəyişir. Bu, texnologiya ilə də müqayisə oluna bilər – necə ki, proqram təminatı mütəmadi yenilənməlidir, dövlət idarəçiliyi də cəmiyyətin inkişafına uyğun modernləşdirilməlidir. Əks halda, əvvəlki yanaşmalar effektivliyini itirir.

-Orbanın hakimiyyətdən getməsi Avropa və Azərbayan üçün nə deməkdir?

-Qlobal baxımdan Orbanın getməsi təbii prosesdir. Amma bizim üçün bu, müəyyən itkilərlə müşayiət oluna bilər. Macarıstan hər il iki yüz azərbaycanlı tələbəyə təhsil imkanı yaradırdı. Bu proqramların davam edib-etməyəcəyi sual altındadır. Eyni zamanda, Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və müşahidəçi statusu da bu kontekstdə əhəmiyyət daşıyır.Macarıstan əvvəlki kimi bizi Avropa İttifaqında müdafiə edəcəkmi? Bu istiqamətdə də dəyişikliklərin olub-olmayacağı qeyri-müəyyəndir.

– Qüdrət bəy, bəllidir ki, Viktor Orban həm Vladimir Putin, həm də Donald Trampla sıx münasibətlərə malik fiqur idi. Əksinə təmsil olunduğu Avropa İttifaqı ilə iddi problemləri vardı. Buradan yola çıxaraq, Orbanın məğlubiyyətini Avropa İttifaqının özünü həm ABŞ-dan, həm də Rusiyadan qorumaq cəhdlərindən biri kimi qiymətləndirmək olarmı? Yəni Avropa öz daxilində kənar qüvvələrin ona təzyiq mexanizmləri saxlamasına artıq dözmədi…

– “Qoca qitə”ni beynəlxalq siyasətdən kənarda tutmaq mümkünsüzdür. Çünki müasir sivilizasiyanın və demokratiyanın vətəni məhz Avropadır. Demokratiya ABŞ-yə Avropadan keçib və bütün dünyaya buradan yayılıb. Müasir elm və mədəniyyətin qlobal yayılması da məhz Avropadan başlayıb. Əlbəttə, bu dəyərlərin təşviqində ABŞ-nin rolu çox böyükdür. Amma kökləri Avropaya dayanır. Bu baxımdan hesab edirəm ki, Donald Trampda müəyyən komplekslər mövcuddur. Açıq demək lazımdır ki, o, Avropa liderlərini xoşlamır,seçkilərdə ona dəstək vermədikləri üçün, onları yönəltmək istəyir. Amerikanı hər sahədə Avropadan üstün göstərmək istəyir, istər iqtisadi, istər siyasi baxımdan. Amma Avropa bununla barışmayacaq. Trampa güvənib öz siyasətlərini quranların Avropada uğur qazanması mümkünsüz olacaq. Onun Volodimir Zelenskiyə münasibəti kifayət qədər sərtdir. Səudiyyə vəlihədinin Zelenski ilə görüşməsini ona bağışlamadı və ağır formada təhqir etdi. Yəni, Tramp şəxsi münasibətləri siyasətə daşıyan liderdir. Ondan demokratik dünyanın gözləntiləri böyük idi.

Beynəlxalq münasibətlərdə “Rogue State” anlayışından istifadə olunur. Bu termin beynəlxalq hüquq normalarına riayət etməyən, digər dövlətlərə təzyiq göstərən və aqressiv siyasət yürüdən ölkələrə aid edilir. Belə dövlətlərin qarşısını almaq üçün ABŞ-yə güclü lider lazım idi və bəzi dairələr Trampda bu xüsusiyyətləri gördüklərini düşünürdü. Amma indi məyus olanların sayı hər gün artmaqdadır.Vaxtilə Kennedi andiçmə mərasimində deyirdi, ”tarix azadlığı qoruyanların tərəfindədi”, tərəqqi ilə azadlıq yanaşı addımlamalıdır. O deyirdi ki, “bizim köhnə müttəfiqlərimizlə biriyimiz sarsılmazdır, birlikdə çox şeyə nail olmuşuq və birlikdə daha böyük zirvələrə qalxacağıq”. Yoxsulluq içində yaşayan xalqlara üz tutaraq deyirdi, “biz sizə insan ləyaqətinə olan inamımıza görə kömək edəcəyik”. İndi Trampın müttəfiqlərinə və bu dəyərlərə olan münasibətinə baxın. Trampdan sonra ümid edirəm Qərb dünyası ali dəyərlər ətrafında daha sıx birləşəcək.

Previous Post

İranda Google axtarış sistemi işə düşüb

Next Post

445 min manatlıq mənimsəmədə ittiham olunan MMC direktoru Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

Bənzər yazılar

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25

Portuqaliya Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir. "Hörmətli cənab Prezident....

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10623 nəfəri məşğulluğu təmin edilib. Bu...

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

“Livanda sülh olsa, çox gözəl olardı” – Tramp

05 İyun 2026 - 13:00

"Livanda sülh olsa, həqiqətən də əla olardı”. Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə...

Next Post
445 min manatlıq mənimsəmədə ittiham olunan MMC direktoru Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

445 min manatlıq mənimsəmədə ittiham olunan MMC direktoru Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

“Euronews” Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb – VİDEO

“Euronews” Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.