İranda Google axtarış sistemi fəaliyyətini bərpa edib.
Elchi.az xəbər verir ki, bu barədə Tehran sakinlərinə istinadən “RİA Novosti” agentliyi yazır.
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, şirkətin digər xidməti olan “Google Translate”dən istifadə etməyə çalışsa da, bu, alınmayıb. “Gmail”in işləyib-işləməməsi barədə suala cavabında isə həmin şəxs orada qeydiyyatdan keçmədiyini, lakin elektron poçtun ana səhifəsinin açıldığını bildirib.
Agentlik bildirir ki, iranlıların “Telegram” messenceri və “YouTube” platformasına qoyulan blokadanı aşmaq üçün istifadə etdikləri VPN xidmətləri hazırda bahalaşıb və səmərəsizdir.
Məryəm





















