İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
Elchi.az xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.
Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.
Yanğın zamanı 15 nəfərin yaralandığı bildirilir.
Yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var.
ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın idarəçiliyi altında qalan Şimali İrlandiyanın İrlandiya Respublikası ilə vahid dövlətdə birləşməsini arzu edir. Elchi.az...






















Son şərhlər