İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İranın ABŞ və İsrailə qarşı hücumlarında 500-dən çox Amerika əsgərini öldürdüyünü iddia etdi.
Elchi.az xəbər verir ki, Laricani sosial media hesabında paylaşdığı mesajda bildirib ki, “Tramp Netanyahunun hərəkətləri ilə Amerika xalqını İranla alçaq bir müharibəyə sürüklədi. İndi isə nəticələri ilə üzləşsin. Bu bir neçə gündə 500-dən çox Amerika əsgərinin öldürülməsi ilə yenə də birinci yerdə ABŞ, yoxsa İsrail var?”
İran rəsmisi əlavə edib: “Macəra davam edir. İmam Xameneinin şəhadəti, Allahın qoysa, sizə baha başa gələcək”.
İran 28 fevralda başlayan ABŞ-İsrail hücumlarına qarşı İsrail hədəflərinə, eləcə də bölgədəki ABŞ bazalarına və hədəflərinə hücumlar həyata keçirərək cavab verdi.
Şayəstə





















