İran Fars körfəzindəki Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket zərbəsi endirdiyini bildirib, lakin heç bir itki və ya ziyan olmayıb.
Elchi.az xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi nüvə elektrik stansiyasına edilən hücumla bağlı açıqlama verib.
Bəyanatda Fars körfəzi sahilindəki Buşehr Atom Elektrik Stansiyasının hədəf alındığı və raketin zavod ərazisinə düşdüyü, lakin heç bir itki və ya ziyanın olmadığı bildirilib.
Bəyanatda stansiyanın heç bir hissəsinin zədələnmədiyi və bu cür hərəkətlərin nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı bütün beynəlxalq qaydaları pozduğu qeyd edilib.
Bəyanatda həmçinin əlavə edilib ki, “Bu cür hərəkətlər Fars körfəzi ölkələri də daxil olmaqla bütün region üçün düzəlməz nəticələrə səbəb ola bilər”.
Şayəstə





















