Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanında ballistik raket və 15 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqladı.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi sosial media hesabında verdiyi açıqlamada ölkənin şərqini hədəf alan yeni PUA hücumlarının qarşısı alındığını bildirdi.
Bəyanatda şərq bölgəsində müdafiə sistemləri tərəfindən 15 PUA-nın məhv edildiyi, lakin PUA-ların mənbəyi barədə məlumat verilmədiyi bildirildi.
Bəyanatda Səudiyyə Ərəbistanının cənub-şərqindəki əl-Xarc əyalətinə doğru ballistik raket aşkar edildiyi və raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirildi.
Bəyanatda əlavə edildi ki, hava hücumundan müdafiə raketinin bəzi hissələri Şahzadə Sultan Hava Bazasının yaxınlığında düşüb, lakin heç bir zərər verməyib.
Bu arada, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi ölkənin cənub-şərqindəki əl-Xarc əyalətində hücum təhlükəsi səbəbindən sirenlərin çalındığını açıqladı.
Şayəstə





















