28 fevralda ABŞ-İsrail hücumu ilə başlayan müharibədə Tehrandan yeni bir addım ortaya çıxdı. İranın paytaxtı Tehranın Venek Meydanında ictimaiyyət silah təlimi vasitəsilə müharibəyə hazırlanır.
Elchi.az xəbər verir ki, hərbi geyimli üç nəfər Venek Meydanında qurulmuş platformada ictimaiyyətə silah təlimi verir. Təlimə silahların necə sökülməsi və yenidən yığılması, eləcə də nişan almanın incəlikləri daxildir. Təlim yalnız nəzəri deyil, həm də praktikdir və vətəndaşlara silahları özləri söküb yenidən yığmağa icazə verilir. İctimaiyyətin böyük marağına səbəb olan silah təliminin şəhərin digər meydanlarında keçirilməsi gözlənilir. Bundan əlavə, dövlət televiziyasında yayımlanan proqramlar vasitəsilə ictimaiyyətə silahlar haqqında məlumat verilir.
Şayəstə





















