İranın cənub-qərbindəki Xuzistan əyalətində hava çirkliliyi ilə bağlı xəstəliklərə görə bir gündə 578 nəfər xəstəxanaya müraciət edib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Səhiyyə Elmləri Universitetinin prorektoru Dr. Həbib Khyber mövzu ilə bağlı məlumat verdi.
Khyber, “Xuzistanda hava çirkliliyi səbəbiylə 24 saat ərzində 578 adam ürək və tənəffüs yolları xəstəlikləri şikayəti ilə xəstəxanalara müraciət edib.”
Bu xəstələrdən 512-nin ambulator, 66-nın isə stasionar müalicə aldığını qeyd edən Hayber, havanın çirkləndiyi günlərdə tənəffüs sistemi xəstəlikləri olanların zərurət olmadıqca evdən çıxmaması lazım olduğunu vurğulayıb.
Şayəstə