Avropa İttifaqının (Aİ) diplomatiya üzrə rəhbəri Kaya Kallas ölkədəki etirazlarla əlaqədar İrana qarşı yeni sanksiyalar təklif etməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Aİ artıq İrana qarşı, insan haqlarının pozulmasına, nüvə proqramının genişləndirilməsinə və Tehranın Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya dəstəyinə görə məsuliyyət daşıyanlara qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.
“Və mən nümayişçilərin vəhşicəsinə sıxışdırılmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram”, – deyə Kallas Almaniyanın “Welt” qəzetinə deyib.
O, dinc nümayişçilərə qarşı zorakılığın qəbuledilməz olduğunu vurğulayıb.
Yeganə





















