İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai özünün X sosial media səhifəsində bildirib ki, İran İslam Respublikası ABŞ-ın hücumu halında uranın 90%-ə qədər zənginləşdirilməsini nəzərdən keçirə bilər.
Elchi.az xəbər verir ki, daha əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşündüyünü bildirmişdi.
“ABŞ-ın təkrar hücumu halında İslam Respublikasının malik olduğu variantlardan biri uranın 90%-ə qədər zənginləşdirilməsi ola bilər”, – deyə Rezai əlavə edib.
O, bu məsələyə parlamentdə baxılacağını qeyd edib.
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi martın əvvəlində bəyan edib ki, fevralın 28-də Amerika və İsrailin zərbələri zamanı İslam Respublikası uranı zənginləşdirməyib.
Yeganə





















