İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-ın İsrailin ölkəsinə hücumları ilə başlayan münaqişələri diplomatiya yolu ilə bitirməkdə artıq maraqlı olmadığını ifadə edərək, “Artıq onlara necə güvənəcəyimizi bilmirik. Onların etdikləri diplomatiyaya xəyanətdir” deyib.
Elchi.az xəbər verir ki, Erakçi İsveçrənin Cenevrə şəhərində yüksək səviyyəli Avropa rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra Amerika mətbuat orqanı NBC News-a verdiyi müsahibədə, diplomatik həll üçün ABŞ ilə masa arxasında oturmağın çətinləşdiyini bildirib.
İsrailin Tehran və Vaşinqton arasında iyunun 15-nə planlaşdırılan nüvə müzakirələrinə bir neçə gün qalmış İrana hava zərbələri endirdiyini xatırladan Erakçi, diplomatik danışıqlarda ABŞ-a etibar edilib-edilməyəcəyindən artıq əmin olmadıqlarını qeyd edib.
ABŞ-ın diplomatiya ilə maraqlanmadığını və nüvə danışıqlarından “İsrailin hava hücumlarını ört-basdır etmək” üçün istifadə etdiyini irəli sürən Erakçi, “Artıq onlara necə güvənə biləcəyimizi bilmirik. Onların etdikləri diplomatiyaya xəyanətdir” dedi. İranlı nazir Erakçi ölkəsinin danışıqlara hazır olduğunu, lakin bunun üçün İsrailin hava hücumlarının dayandırılmasını tələb etdiyini vurğulayıb.
Şayəstə Hüseynova


















