ABŞ-ın demokrat senatoru Elizabeth Warren İsrailin İrana hücumlarının davam etdiyi bir vaxtda baş nazir Benyamin Netanyahunun “Qəzzada hərəkətlərinin diqqətdən kənarda qalmayacağını” bildirib.
Elchi.az xəbər verir ki, Warren X sosial media platformasında İsrailin İran və Qəzzaya hücumlarını dəyərləndirib.
Qəzzada 55 min insanın öldürüldüyünə diqqət çəkən Warren, “İsrailin baş naziri (Netanyahu) İranı bombalayarkən Qəzzada nə etdiyini heç kimin fərqinə varmayacağını düşünə bilər” dedi.
Humanitar yardıma çatmağa çalışan qəzzalılara atəş açıldığını və həkimlərin sərhədi keçməsinə icazə verilmədiyini xatırladan Uorren, “Binyamin Netanyahu dünya səni görür” deyib.
Şayəstə Hüseynova


















